www.applmath.az

Home az | ru | en

Hacıyev Asəf Hacı oğlu

Fizika riyaziyyat elmləri doktoru, professor,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
Bakı Dövlət Universitetinin kafedra müdiri

Iş tel.. (99412)4391169
e-mail: asaf@baku-az.net
Şəxsi sayt:

QISA BİOQRAFİK MƏLUMAT
29 may 1951 ildə Gəncə ş. anadan olub. 1973 ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1978 ildə onun aspiranturasını, 1990 ildə doktoranturasını bitirib.
Bir neçə beynəlxalq elmi mərkəzlərdə işləyib, elmi araşdırmalar aparıb: Kral texniki institut (Stockholm), Lisabon universiteti, Çalmers universiteti (Geteborq), Münhen universiteti, Humbolt universiteti (Berlin), Boğaziçi universiteti (İstanbul), Cənubi Kaliforniya universiteti (Los - Anjeles), J.Vaşington universiteti (Vaşington) və d.
1986 ildən Bernulli adına ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə Ümumdünya cəmiyyətinin üzvüdür.
1998 ildə Beynəlxalq Statistika İnstitutunun, 2001 ildə Azərbaycan Milii elmlər Akademiyasının müxbir üzvü seçilib.
2004 ildə Nobel mükafatı laureatı Əbdüs Salamın yaratdığı Üçüncü Dünya elmlər Akademiyasına (TWAS),
2005 ildən Əbdüs Salam adına nəzəri fizika üzrə beynəlxalq elmi mərkəzin (İtaliya) senyor-asoşieytid vəzifəsinə, 2008 ildə Monqolıstan Milli elmlər Akademiyasının üzvü seçilib.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1973 ildə M.V.Lomonosov adına Moskva Dövlət universitetin (MDU) mexanika-riyaziyyat fakültəsini bitirib.
1979 ildə MDU-də namizədlik dissertasiyasını (Cihazları hərəkətdə olan kütləvi xidmət sistemləri),1992 ildə N.Bauman adına Moskva Dövlət Texniki universitetində doktorluq dissertasiyasını (Cihazları əlaqəli olan mürəkkəb kütləvi xidmət sistemlərinin stoxastik analizi.)

ƏMƏK FƏALİYYƏTİ
1996 ildən AMEA-nın Kibernetika institutunda laboratoriya müdiri, BDU-da professor, 2001ildən kafedra müdiridir.
100 elmi əsərin müəllifidir,onılardan 1 -patent, 2 kitab.3 elmlər doktoru, 5 elmlər namizədi hazırlanmışdır.
1980 ildə elm və texnika sahəsində Azərbaycan lenin komsomolunun mükafatına layiq görülüb.
Elmi maraqlar
Kütləvi xidmət sistemləri nəzəriyyəsi və idarə etmə məsələləri, Stoxastik modelləşdirmə və intensiv statistika metodları, Regressiya modelləri.

BEYNƏLXALQ KONFRANS VƏ KONFRANSLARDA İŞTRAK
2003 Kolmogorov və müasir riyaziyyat
2005 Bernulli cəmiyyətinin Ümumdünya kongresi və Beynəlxalq Statistika İnstitutunun 55 Sessiyası (Avstraliya)
2008 Beynəlxalq konfrans: Kommunikasiya, Nəqliyyat və Modelləşdirmə (Riga)
2008 Üçüncü Dünya Elmlər Akademiyasının (TWAS) Ümumi iclası (Мeksika)
2008 Ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə 7 Ümumdünya kongresi (Singapur).

SEÇIILMIŞ ƏSƏRLƏRI
1. Delays minimizing the waiting time in systems with cyclic services.Scand. J. Statist., №12, 1985.
2. Об оценивании в линейных регрессионных моделях.Вестн. московского универ. Сер. Матем. Мех., № 3, 1989.
3.О случайном блуждании по кругу.Математические заметки, 1990, т.47, № 6
4. Статистические оценки в линейных моделях. Журнал им.А.Н.Колмогорова. Теория вероятн. ее применения., 1989,т.34, № 4.
5. Regression models with increasing number of unknown parameters. Stoch. Proc. Appl, 1990, № 5.
6.Mathematical models of Shuttle systems. Fern Universitat in Hagen,Seminarberichte aus dem Fachbereich Mathematik, Band 74, 2003. p.10
7.Mathematical theory of regression models with increasing number of unknown parameters. Research Report. Department of Computer Science, Lincoln University, No.5, 2003, p.17.
8.Линейные регрессионные модели с растущим числом неизвестных параметров. Докл. РАН, Математика,2004, т.399, No.3, с. 1-5.
9.Циклические системы с задержкой обслуживания. Докл.РАН, Математика, 2009. т.
10. Нелинейные регрессионные модели с растущей размерности. Докл.РАН, Математика, 2009, т.

KİTABLAR
1. Ehtimal nəzəriyyəsi və riyazi statitika üzrə terminoloji lüğətş (azərbaycan, ingilis, rus və türk dilləri)-2002, 420səh.
2. Ehtimal nəzəriyyəsi və riyazi statitika. Ensiklopediya.- 2009, 1300səh.
Beynəlxalq programlar və qrantlarda iştrak
2005 ildən 2011qədər Əbdüs Salam adına Nəzəri fizika üzrı Beynəlxalqmərkəzin qrantı
2007 ABŞ-ın Sivil Araşdırmalar və İnkişaf Fondunun qrantı

Bookmark and Share