www.applmath.az

Home az | ru | en

Tağıyev Namiq Faiq oğlu

İqtisad elmləri doktoru, professor
Tel: +9..., +99450 2115209
Faks: +99412 4389540
Mail: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT
1960-cı il noyabrın 21-də Bakı şəhərində anadan olub.
1977-1982 - ci illər, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutu (Azərbaycan Dövlət Neft Akademiyası). Fərqlənmə diplomu.
1986-cı ildə aspiranturanı bitirdikdən sonra Moskva Elektron Texnikası İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib
1986-1996-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında assistent və dosent vəzifələrində çalışıb.
1996-2006-cı illərdə dövlət idarəetmə orqanlarında və ölkə iqtisadiyyatı sisteminin müxtəlif sahələrində məsul vəzifələrdə işləyib.
2006-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru
2006-cı ildən 2014-cü il 16 noyabradək BDU-nun İqtisadi kibernetika kafedrasının müdiri olmuşdur,hal-hazırda kafedrada 0,5 ştat əvəzçiliklə professor vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2006 İqtisad elmləri doktoru
1997-1999 Rusiya Federasiyasının hökuməti yanında Xalq Təsərrüfatı Akademiyası, Moskva ş. Maliyyə Analiz, Qiymətli kağızlar bazarı ixtisası üzrə magistr.
1996-2000 Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xalq Təsərrüfatının İdarə edilməsi institutunu, Bakı ş. İdarəetmə yönümlü İqtisadiyyat ixtisası üzrə bakalavr.
1983-1986 Moskva Elektron Texnikası İnstitutu. Avtomatlaşdırılmış layihələndirmə sistemləri. Texnika elmləri namizədi.
1977-1982 Azərbaycan Dövlət Neft Akademiyası, Bakı ş. Avtomatlaşdırılmış idarəetmə sistemləri. Fərqlənmə Diplomu.

ƏMƏK FƏALİYYƏTİ
1986-1996-cı illər, Azərbaycan Dövlət Neft Akademiyası. Assistent, dosent.
1996- 2000-ci illər, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi, Şöbə müdiri, idarə rəisi.
2000-2006-cı illər, "European Tobacco Baku" ASC. İdarə Heyətin üzvü, Sədrin birinci müavini, Hüquqi Məsələləri üzrə departamentin direktoru.
2006 ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru
2006-ci ildən Bakı Dövlət Universitetinin Riyazi İqtisadiyyat və İqtisadi - ekoloji sistemlərin modelləşdirilməsi kafedrasının müdiri
2008-ci ildən Alimlərin Avrasiya İqtisadi Klubunun Koordinasiya Şurasının Sədr müavini - (Qərargah Astana şəhərində yerləşir)
2006-2009-cu illər - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun "İqtisadi İnkişaf" elmi-praktik jurnalın baş redaktoru
Bakı Dövlət Universitetin Xəbərləri (Sosial-siyasi elmlər) elmi jurnalın, "İqtisadiyyat və audit" elmi-praktik jurnalın, "Kooperasiya" elmi-nəzəri jurnalının və Qazaxıstan Respublikasının İqtisadiyyat və Büdcə planlaşdırma Nazirliyinin İqtisadi Tədqiqatlar İnstitutunun "İqtisadiyyat, Maliyyə və Tədqiqatlar" (Qazaxıstan Respublikasının AAK-ın siyahısına daxil edilib) jurnalının redaksiya heyətinin üzvü.
Bakı Dövlət Universitetin nəzdində fəaliyyət göstərən (İqtisadi-riyazi üsullar ixtisası üzrə) Dissertasiya Şurasının üzvü (2007-2008).
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat institutunun nəzdində fəaliyyət göstərən (İqtisadiyyatın idarəedilməsi ixtisası üzrə) Dissertasiya Şurasının sədri (2007-2008).
2009 cu ildən AAK-ın İqtisadiyyat üzrə ekspert şurasının üzvü
Doxsan elmi əsər, o cümlədən dörd monoqrafiya və bir dərs vəsaiti

TƏDQIQAT SAHƏSI
Azərbaycan Respublikası üçün tətbiqi makroiqtisadi modellər sistemi, ölkə iqtisadiyyatının investisiya və rəqabət siyasətinin, iqtisadi idarəetmənin səmərəliliyinin və iqtisadiyyatının müxtəlif sahələrinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi problemləri üzərində işləmiş, əhəmiyyətli nəticələr əldə etmişdir.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1. Second International Conference on Soft Computing and Computing with Words in System Analysis, Decision and Control, ICSCCW (September 9-11), Antalya, Turkey, 2003
2. Sünni Intellekt və Neyro Şəbəkələri üzrə 12-ci Türk Konfransı (TAINN 2003), Çanakkala, Türkiyə, 2-4 iyul, 2003.
3. 1-ci və 2-ci Astana İqtisadi Forumu (2008, 2009-cu illərdə) və digər.
4. 2014-cü il , Türkiyə, Isparta şəhəri,XV Uluslararası Ekonometri, Yöneylem Araştırması ve İstatistik Sempozyumu.


SEÇIILMIŞ ƏSƏRLƏRI
1. Müasir iqtisadiyyat, neyron şəbəkələri, faizi məntiq, «Elm», Bakı, 2003
2. İnvestisiya proseslərinin idarəetmə modellərinin formalaşması məsələləri, «Elm», Bakı, 2003
3. Modeli upravleniə investiüionnımi proüessami v usloviəx tranzitivnoy gkonomiki, Baltiyskiy Russkiy İnstitut, «JUMİ», Riqa, 2004
4. İnvestisiyalar və investisiya siyasəti, Azərnəşr. Bakı 2008.
5. Penitensiar xidmətin istehsal sahələri (mövcud vəziyyəti və islahatlar), Azərnəşr. Bakı 2008
6. Xarici ölkələrin ali təhsil sistemləri və yüksək reytinqli ali məktəbləri (I hissə), Bakı 2008.
7. Iqtisadi proseslərdə riyazi modelləşdirmə (Nəzəriyyə, model proseslər, test nümunələri), Dərs vəsaiti, Bakı, "ADİLOĞLU", 2012
8. İqtisadi proseslərdə riyazi modelləşdirmə. Dərs vəsaiti (təkminləşdirilmiş,yenidən işlənilmiş 2-ci nəşr). Bakı, “ADİLOĞLU”, 2013, 256 s.
9. İdarəetmə fəaliyyətində sistemli analiz. Magistr pilləsi üzrə proqram. Bakı, 2013, 8 s.
10. Biznesdə informasiya kommunikasiya texnologiyaları. Magistr pilləsi üzrə proqram. Bakı, 2013,8 s.( azərbaycan və rus dillərində).
11.Mühasibat üçotu və auditin əsasları. Magistr pilləsi üzrə proqram. Bakı, 2013, 12s (azərbaycan və rus dillərində).
12. İqtisadi kibernetika kafedrası üzrə tədris olunan fənlərin proqramları (magistr təhsil pilləsi üzrə), Bakı 2014, 56 s.
13. USA,Management Studies,8,p.541-547,doi.10.17265/2328-2185/2014.08.006, 2014, On Fuzzy Modeling in Management.

DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
1. "Azərbaycanda yerli səviyyədə gəlirlərin və iş yerlərinin yaradı¬l¬ma¬sının planlaşdırılması, monitorinqi və qiymət¬ləndiril¬məsi¬nin cari sisteminin tətbiqi". İqtisadi İslahatlar elmi-tədqiqat institutunun və UNESCAP-ın birgə layihəsi, 2007.
2. "Orta Asiya və Avropa: 21-ci əsr üçün Yeni İqtisadi Əməkdaşlıq". İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun və UNECE-nin birgə layihəsi, 2007
3. "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə texniki yardım". İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun və ADB-nin birgə layihəsi, 2006-2008.
4. "Azərbaycanda rəqabət apara bilən qeyri-neft sektoru inkişaf məqsədilə İqtisadi İnkişaf Nazirliyə potensiyalın gücləndirməsində dəstək". İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun və UNDP-nin birgə layihəsi, 2006-2008.
5. DƏK-in fəaliyyətində Azərbaycanda özəlləşdirmə prosesini və qiymətli kağızların tədavülünü tənzimləyən hüquqi və normativ sənədlərin işlənib hazırlanmasında iştirak. 1996-1999.
6. Azərbaycan Respublikasında tütün və tütün məmulatları haqqında qanunun işlənilməsində iştirak. 2001.
7. 2004-ci ildə TEMPUS individual Mobility Grant (IMQ - AZB3003-2003) Azərbaycan Dövlət İqtisad Universitetin və Italiyanın Udin Universitetin Riyaziyyat və İqtisadiyyat Fakültələrin arasında əməkdaşlıq layihəsinin başlanması. Udin Universitetin Riyaziyyat və İqtisadiyyat Fakültəsində İqtisadi təhlildə "Soft Computing" üsulların istifadə edilməsi ilə bağlı mühazirələrin oxunması, 2003

Bookmark and Share