www.applmath.az

Home az | ru | en

Abdullayev Cavid

Fizika-riyaziyyat elmləri namizədi, dosent.
e-mail: [email protected]


QISA BİOQRAFİK MƏLUMAT
Abdullayev Cavid Sadiq oğlu, 30 may 1973-cü ildə Bakıda anadan olmuşdur. 1990-cı ildə müsabiqədən kənar Bakı Dövlət Universitetinin "Mexanika riyaziyyat" fakültəsinə qəbul olub. 1995-ci ildə həmin fakültəni bitirmişdir. 1997-ci ildə dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 2008-ci ildə AAK tərəfindən dosent elmi adı alıb.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1995-ci ildə Bakı Dövlət Universitetini bitirib.
1997-ci ildə "Təkrarlanan məxsusi ədədlərin həyacanlanması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ
1997-ci ildən "Ümumi riyaziyyat" kafedrasının müəllimidir.
"İnformatika" fənnini tədris edir.
20-dən artıq məqalənin;
1 monoqrafiya;
6 kitabın müəllifidir.

TƏDQIQAT SAHƏSI
"Periodik əmsallı çoxölçülü diferensial operatorların spektrinin tədqiqi" əsas tadqiqat sahəsidir.

SEÇIILMIŞ ƏSƏRLƏRI
"Qəfəslər nəzəriyyəsinin elementləri" (C.S.Abdullayev, O.M.Məmmədov, I, II hissə, Bakı, 2002, 2005) monoqrafiyası çap edilmişdir.

DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
Dövlət Departamentinin qrant layihəsi çərçivəsində ABŞ-da ezamiyyətdə olmuşdur.

Bookmark and Share