www.applmath.az

Home az | ru | en

Allahverdiyev Cəlal Eyvaz oğlu

Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü
İş telefonu: +(994) 12 438 72 94.
e-mail: [email protected].

QISA BİOQRAFİK MƏLUMAT

1929-cu il sentyabrın 17-də Şuşa şəhərində anadan olub.
1945-ci ildə - Bakı şəhərində 1saylı orta məktəbi bitirmiş, lakin Şuşada oxuduğu illər üçün qiymət cədvəli olmadığına görə attestatını ala bilməmişdir. 1946-cı ildə  Şuşa şəhərində məktəbi ancaq “əla” qiymətlərlə bitirmiş və qızıl medala təqdim edilmişdir. Lakin Maarif Nazirliyində riyaziyyat fənnindən “əla”  qiyməti “yaxşı” ilə əvəz edərək gümüş medal vermişlər. İki attestatı var (1945, 1946)
Ailəlidir, dörd övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ, ELMİ ADLARI VƏ MÜKAFATLARI

1951-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib
1951-ci ildə akad. M.V.Keldışın rəhbərliyi ilə M.V.Lomonosov ad. MDU-nun aspirantı olmuş, 1957-ci ildə MDU-da “Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında” (О полноте системы собств. и присоед. функций некоторых классов  несамосопр-х уравнений)  adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
1968-ci ildə SSRİ EA Tətbiqi Riyaziyyat İnstitutunda “Spektral parametrdən rasional asılı öz-özünə qoşma olmayan operatorların məxsusi qiymətləri və məxsusi elementləri haqqında” (О собств. значен. и собств. элемен. несам.опер-в , рацион. завис. от спектрального параметра) mövzulu doktorluq dissertasiyasını  müdafiə etmişdir.
1969-cu ildə SSRİ AAK tərəfindən professor elmi adı verilmişdir.
1972-ci ildə Az.SSR Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.
1982-ci ildən Əməkdar Elm Xadimidir.
“Energetika, ekonomika və ekologiya”  Beynəlxalq  Akademiyasının üzvüdür.

ƏMƏK FƏALİYYƏTİ

1957-1960-cı illərdə ADU-nun fizika-riyaziyyat fakultəsində əvvəlcə müəllim, sonra isə baş müəllim işləmişdir.
1960-cı ildə Az.SSR EA-da yeni yaradılmış Hesablama Mərkəzində şöbə müdiri, sonra isə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.
1960-ci ildən AMEA Kibernetika İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiridir.
1969-1970-ci illərdə Az.SSR Ea Kibernetika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1970-1988-ci illərdə həmin institutda direktor vəzifəsində çalışmışdır.
1988-1994-cü illərdə BDU-nun elmi işlər üzrə prorektoru  işləmişdir.
1994-cü ildən BDU-nun “Tətbiqi riyaziyyat və kibernetika” fakultəsinin “Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə” kafedrasının müdiridir.
ASE elmi redaksiya şurasının üzvü olmuşdur.
1975-ci ildə (may-iyun–1 aylıq) ABŞ,  1976-cı ildə (sentyabr–1 aylıq)  isə Böyük Britaniyanın bir sıra universitetlərində mühazirələr oxumuşdur.
1998-2000-ci illərdə İstanbul Universitetində  çalışmışdır.
Funksional analiz, tətbiqi funksional analiz, difensial tənliklər, riyazi fizika tənlikləri, xüsusi törəməli diferensial tənliklər, həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi, əməliyyatlar tədqiqi, riyazi modelləşdirmə, Ehtimal nəzəriyyəsi, Fuzzy riyaziyyatın əsasları və tətbiqi, İqtisadiyyatın xüsusi məsələri və s. fənlərini azərbaycan, rus və ingilis dilində  tədris edir.
1 “Ehtimal nəzəriyyəsi və riyazi statistika ensiklopediyası”nın, 1 “Ehtimal nəzəriyyəsi və riyazi statistikadan az.-rus-ing.türkcə lüğət”in, 1 dərs vəsaiti, 120-dən çox elmi məqalənin müəllifidir
40-dan artıq elmlər namizədi, 6 elmlər doktoru yetişdirib.

TƏDQİQAT SAHƏSİ

Funksional analiz, determinik və stoxastik idarəetmə nəzəriyyəsi, operator-diferensial tənliklər nəzəriyyəsi, bəzi iqtisadi proseslərin modelləşdirilməsi, kompüterlərin iş prinsiplərinin araşdırılması, kompüterlə ünsiyyət mexanizmlərinin işlənilməsi, dilçilikdə kompüter tərcüməsi,  Azərbaycan dilinin formal qrammatikasının yaradılması, deduktiv maşında qeyri-səlis çoxluqların təsviri.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

Müxtəlif illərdə Moskva, Kiyev, Minsk, Vilnüs, Odessa, Varna (Bolqarıstan), Sofiya, Fransa, Yuqoslaviya, Macarıstan, Iran, Pakistan, Türkiyə keçirilmiş elmi konfransların iştirakçısı olmuşdur. Məktəblilərin Hindistan (1998) və Argentinadada keçirilən beynəlxalq riyaziyyat  olimpiadasında rəhbər olmuşdur.
Aldığı elmi nəticələr “Allahverdiyev teoremi”, “Allahverdiyevin variasiya prinsipi”, “Allahverdiyev lemması”  kimi funkisional analiz və cəbr üzrə  xarici  (rus və avropa) ədəbiyyatda REA akad. Qoxberq İ.S., REA akad.  Kreyn M.Q., REA akad. Qodunov S.K.və  Markus digər tanınmış alimlər tərəfindən  monoqrafiyalarda və məqalələrdə yeni nəticələrin alınması üçün istifadə olunmuşdur. C.E.Allahverdiyevin bu nəticələri “Справочная математическая библиотека. Функциональный анализ”( Под общей редакции С.Г.Крейна. Изд.“Наука”. Главная редакция физико-математической литературы. Москва, 1972) sorğu kitabında verilmişdir. C.E.Allahverdiyevin nəticələrindən istifadə edilən bəzi kitablar aşağıda göstərilmişdir:
1. Boundary value problems for operator differential equations. Dordrecht: Kluwer Academic Publishers Group, 1991. xii+347 pp.)
2. Introduction to the theory of linear nonselfadjoint operators. Providence, R.I.: American Mathematical Society, 1969. xv+378 pp.)
3. Introduction to the spectral theory of polynomial operator pencils. Providence, RI: American Mathematical Society, 1988. iv+250 pp.)
4. Lectures and exercises on functional analysis. Providence, RI: American Mathematical Society, 2006. xviii+468 pp.)
5. Spectral theory and excitation of open structures. IET, 1996. - 399 p.)
6. Linear processes in function spaces. Theory and applications. New York: Springer-Verlag, 2000. xiv+283 pp.
7. Absolutely summing operators. Cambridge: Cambridge University Press, 1995. 474 pp.
8. Function Spaces and Applications. CRC Press, 2000. 278 p.
9. History of Banach spaces and linear operators. Boston: Birkhäuser, 2007. xxiv+855 pp.
10. Pollard D., Torgersen E.N., Yang G.L.  Festschrift for Lucien Le Cam: Research Papers in Probability and Statistics Springer, 1997. 435 pp.
11.  Wojtaszczyk P.  Banach spaces for analysts. Cambridge: Cambridge University Press, 1996. 396 pp.
12.  Yakubov S.  Completeness of root functions of regular differential operators. New York: John Wiley & Sons, 1994. x+245 pp.
13.  Yakubov Y.  Differential-operator equations: Ordinary and partial differential equations. CRC Press, 2000. 541 pp.

ƏSAS ELMI NƏTICƏLƏRI:

İlk dəfə bir sinif  öz-özünə qoşma olmayan və spektral parametrdən  polinomial (rasional) asılı olan operatorlar üçün məxsusi elementlər sisteminin və məxsusi elementlər sisteminin bir hissəsinin tamlığını araşdırmış, tamlıq və bazislik haqqında teoremlər isbat etmişdir; xətti operatorların sonlu ölçülü operatorlarla ən yaxşı yaxınlaşması anlayışını vermiş, onun  dəqiq ifadəsini tapmışdır və bunu tamam kəsilməz operatorların rezolventalarının qiymətləndirilməsinə tətbiq etmişdir; xətti fəzalarda elementlər sisteminin çoxqat tamlığı anlayışını  vermiş  və  buna dair  əsaslı teoremlər isbat etmişdir.  Banax və Hilbert fəzalarında spektral parametrdən rasional asılı olan operatorlar üçün məxsusi və qoşma elementlər sisteminin tamlığı, bazisliyi haqqında yeni tip teoremlər isbat etmişdir; Operatorlarin qapana bilməsi, məhdudluğu, tamam kəsilməz olması üçün (multiplikator terminləri ilə) zəruri və kafi şərtlər tapmışdır; Operatorların məxsusi ədədlərinin  təqribi hesablanmasına aid  mühüm  nəticələr almışdır; Banax fəzasında optimal biortoqonal sistemlər anlayışını vermişdir. Bundan əlavə Banax fəzalarında kəsilməz operatorlar sinfi ilə  tamam kəsilməz operatorlar sinfi arasında yeni abstrakt xətti operatorlar sinfi olduğunu müəyyən etmiş və  onu əsaslı araşdırmışdır. Bu sinfə daxil olan operatorlar üçün operatorların baş ədədləribaş elementləri anlayışlarını vermiş, baş ədədlər sisteminin öz-özünə qoşma tamam kəsilməz operatorların məxsusi ədədlərinin malik olduğu məlum “mini-maks”  xassəsinə malik olduğunu isbat etmişdir; Determinik sistemlərdə optimal idarəetmə, idarəolunabilmə və müşahidəolunabilmə məsələlərini arşdırmışdır. Azərbaycanda ilk dəfə stoxastik sistemlərdə idarəetmə,optimal idarəetmə sahəsində işlərə başlamış və bu sahədə bir neçə elmlər namizədi və elmlər doktoru yetişdirmişdir.
Allahverdiyevin Milli Aviasiya Akademiyasının elmi məqalələr jurnalında dərc edilmiş bir sıra əsərlərində (tələbələri ilə birlikdə) kompüterlərin iş prinsiplərinin nəzəri əsaslarının araşdırılması, təkmilləşdirilməsi, təbii dillərdə, o cümlədən Azərbaycan dilində kompüterlə ünsiyyət mexanizmlərinin işlənib hazırlanması və Azərbaycan dilinin qrammatikasının təkmilləşdirilməsi, Azərbaycan dilinin formal qrammatikasının yaradılması istiqamətində fundamental məsələlər araşdırılmış və mühüm elmi nəticələr alınmış, deduktiv maşında qeyri-səlis çoxluqların təsviri və deduktiv nəticə alınmasının uyğun mexanizmi verilmişdir.

Bookmark and Share