Avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS)
İxtisas: İqtisadi kibernetika
AİS fənninin tədrisində əsas məqsəd tələbələri AİS-lərin informasiya və proqram təminatlarının yaradılması əsasları ilə tanış etməkdən ibarətdir. Tələbələrin “İnformatika”, “EHM-də praktikum” fənnlərindən formalaşan bilik və bacarıqları əsasında müxtəlif təyinatlı AİS-lərin riyazi, proqram, informasiya və texnika təminatlarının mahiyyəti açılır.