Ayda-zadə Kamil Rəcəb oğlu
“İnformatika” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor
e-mail: kamil_aydazade@rambler.ru
QISA BİOQRAFİK MƏLUMAT
24.12.1950-ci ildə Qusar şəhərində anadan olmuşdur.
1967-ci ildə Bakı şəh. 189 saylı riyaziyyat təmayüllü məktəbi bitirib.
1972 - 1974 - cü illər ordu sıralarında olmuşdur.
Ailəlidir, üç övladı var.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI ƏMƏK FƏALİYYƏTİ
- 1972-ci ildə BDU-nin mexanika-riyaziyyat fakultəsini bitirmiş, «Kontur inteqral üsulunun bir tətbiqi barədə» mövzusu üzrə diplom işi müdafiə edib (elmi rəhbər - akad. M.L. Rəsulov).
- 1978-ci ildə Musxelişvili adına Hesablama mərkəzində (Tbilisi ş.) «Bəzi riyazi proqramlaşdırma üsullarının işlənməsi və tətbiqi» mövzusunda “hesablama riyaziyyatı” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyası müdafiə edib (Elmi rəhbər - prof. B.T.Polyak, İdarəetmə problemləri institutu, Moskva ş.).
- 1984-cü ildə ona «Texniki Kibernetika və informasiya nəzəriyyəsi» ixtisası üzrə baş elmi işçi elmi adı verilib.
- 1989-cü ildə Ukrayna Kibernetika institutunda (Kiyev ş.) «Elmi tədqiqatlarda hesablama texnikası, riyazi modelləşdirmə və riyazi üsulların tətbiqi» ixtisası üzrə «Şəbəkə strukturlu məsələlərin konstruktiv həll üsullarının işlənməsi və onların tətbiqi» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
- 1992-ci ildə ona «Texniki proseslərin və istehsalın avtomatlaşdırılması» ixtisası üzrə professor elmi adı verilib.
- 1972 -ci ildə MEA Kibernetika İnstitutunda, laborant işləmişdir.
- 1974 - 1977 - ci illərdə BDU-nun Hesablama Mərkəzində, kiçik elmi işçi, sektor müdiri işləmişdir.
- 1977 - 1979 - cü illərdə EA Kibernetika İnstitutunda, sektor müdiri işləmişdir.
- 1979 - 1994 - cü illərdə «Neftqazavtomat» ETLİ, sektor müdiri, şöbə müdiri, elmi işlər üzrə baş direktorun müavini işləmişdir.
- 1995 - 2004 - cü illər MEA Kibernetika İnstitutunda, şöbə müdiri işləmişdir.
- 2004 - 2014 - cü illər Azəbaycan Dövlət Neft Akademiyasının «Tətbiqi riyaziyyat» kafedrasının müdiri işləmişdir.
- 2004 –cü ildən əvəzçiliklə Azərbaycan MEA Kibernetika İnstitutunun laboratoriya müdiri işləyir.
MÜKAFATLAR, TƏLTİFLƏR VƏ ALDIĞI DİGƏR SERTİFİKATLAR
- 1985-ci ildə yüksək elmi naliyyətlərinə görə və 1988-ci ildə “Urenqoyqazçıxarma” və “Yamburqqazçıxarma” İstehsal Birlikləri üçün mədənlər operativ idarəetmə sistemlərinin birinci növbəsininin işlərini müvəffəqiyyətlə yerinə yetirdiyinə görə 1988-ci ildə SSRİ Cihazqayırma Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.
- 2001-ci ildə Elmi fəaliyyətindəki nailiyyətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur.
- 2007-ci, 2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə keçirilən “İKT üzrə məqalə” ən yaxşı müsabiqələrinin qalibi kimi diplomlarla və qiymətli hədiyyələrlə təltif olunmuşdur.
- 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Respublikanın Əməkdar Müəllimi adına layiq görülmüşdür.
SEÇİILMİŞ ƏSƏRLƏRİ
(*-işarəsi ilə "Thomson Reuters" agetliyinin Science Citation Index siyahısına daxil olan və impakt faktora malik jurnallarda nəşr olunan işlər qeyd olunmuşdur)
1*. Hydravlic Resistance Coefficient Identification in Pipelines// Automatik and Remote Control, v.77, 7, 2016.
2*. Finite-Difference Methods for Solving Loaded Parabolic Equations// Computational Mathematics and Mathematical Physics. Vol. 56, №1, 2016, s. 93-105
3*.Solution to a class of inverse problems for a system of loaded ordinary differential equations with integral conditions// De Gruyter J.İnverse III-Posed Probl. 2016, 24(5), p.543-558
4*. Solution to Classes of Inverse Coefficient Problems and Problems With Non local Conditions for Parabolic Equations // J. “ Differential equation”, Springer, v 51, N1, 2015, p.83-93
5*. Numerical approach to parametric identification of dynamic systems // Journal of Automation Information Sciences, Begell House, Inc., New York, №3, 2014.
6*. An Approach to Numerical Solution to a Class of Loaded Non-local Problems // Computational Mathematics and Mathematical Physics, Springer, № 7, 2014.
7*. An approach to numerical solution of some inverse problems for parabolic equations// Journal of Inverse Problems in Science and Engineering, №1-2, 2014.
8*. On the Solution of Boundary value Problems with Non Separated Multipoint and Integral Conditions// Differential Equations, 2013, v.49,№9.
9*. On numerical Solution to Optimal Control Problems with Non-separated Multipoint and Integral conditions// J.Computational and Mathematical Physics, 2012, v.52,p.2
10*. On an Approach to Designing Control of the Distributed parameter Progresses//Automation and Remote control, 2012, № 9, pp. 1443-1455 (25-38)
KİTABLAR, METODİK GÖSTƏRİŞLƏR
Ayda-zadə K.R., Abdullayev V.M. “Xətalar nəzəriyyəsinin əsasları”. Metodik göstəriş, «Turan evi», Bakı, 2007, 96 səh.
Ayda-zadə K.R., Abdullayev V.M. “Hesablama xətaları”. Dərs vəsaiti, «Turan evi», Bakı, 2007, səh. 204.
К.Р.Айда-заде, Дж.Асадова «Оптимальное управление переходными процессами в трубопроводах», монография, “Palmarium” Academic Publishing, Deutschland, 2014, стр.139.