Cəbr
Fənnin məqsədi digər ümumipeşə hazırlıq fənlərilə birlikdə bakalavr təhsili alan tələbələri ixtisasyönümlü fənlərin tədrisinə hazırlamaqdır. Cəbrfənninin öyrənilməsinə kompleks ədədlərlə başlanır. Matrislər və determinantlar haqqında alınan biliklər xətti tənliklər sisteminin həllinin araşdırılmasına və sistemin matris-tənlik şəklində yazılmasına imkan verir. Matris-tənliklər, tərs matris, xətti və evklid fəzaları və xətti operatorlarla əlaqədar mövzular “Funksional analiz” fənnin də öyrənilən bir çox mövzu-ların sonlu ölçülü analoqudur. Kvadratik formalar və onların kanonik şəkilə gətirilməsi, riyazi fizika tənliklərinin təsnifatında əhəmiyyətli rol oynayır. Bütövlükdə cəbr fənni "Riyazi məntiq", "Riyazi analiz", "Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi", "Diferensial tənliklər", "Riyazi fizika tənlikləri" və "Funksional analiz" fənnləri ilə bilavasitə əlaqədardır. Cəbr fənni müasir kompüterlərin riyazi və proqram təminatında, kriptoqrafiyada, eləcə də kompüter şəbəkələrinin təhlükəsizliyində mühüm əhəmiyyətə malikdir.