Diferensial tənliklər
Diferensial tənliklər fənni tədris planının əsas fənlərindən biridir. Bu fənn variasiya hesabı, optimal idarəetmə, riyazi fizika tənlikləri və s. fənlərin mənimsənilməsində mühüm rol oynayır. Fənnin əsas məqsədi - diferensial tənliklər nəzəriyyəsinin əsasları haqqında tələbələrə dərin bilik vermək, bu biliyi təbiətşünaslığın bu və ya digər sahələrində rast gəlinən konkret diferensial tənliklərin və tənliklər sisteminin tədqiqinə və həllinə tətbiq etmək bacarığını aşılamaqdır. Mühazirə dərsləri ilə yanaşı məşğələ dərsləri də keçilir ki, bu da tələbələrdə konkret məsələlərin həlli üçün vərdişlər yaradır.
Fənnin qiymətləndirmə metodu-yazılı, test və şifahi ola bilər