www.applmath.az

Home az | ru | en

EHTIMAL NƏZƏRIYYƏSI VƏ RIYAZI STATISTIKA

Kafedranin tarixi
Kafedra 2000-ci ildə təşkil olunub. Kafedranın əsasını BDU-nun mexanika-riyaziyyat fakültəsinin eyni adlı kafedrasının əməkdaşları təşkil edir. İlk yaranan gündən kafedranın müdiri AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Haciyevdir.
Kafedrada 3 doktorluq və 6 namizədlik dissertasiyaları hazırlanıb və müdafiə olunub. Hal hazırda 1 doktorluq və 1 namizədlik dissertasiyası üzərində iş başa çatmişdir.
Kafedranın əməkdaşları müdafiə üzrə müxtəlif elmi şuraların üzvüdürlər. Kafedranın müdiri Asəf Haciyev Azərbaycanda Riyaziyyat üzrə Koordinasiya şurasının sədridir.
Kafedranın əməkdaşları müxtəlif Beynəlxalq konfransların təşkilat komitələrinin üzvləri olub (5 Limit teoremləri üzrə Beynəlxalq konfrans (Ferqanə), Kolmogorov - 100, Beynəlxalq konfrans (Tiflis), Təsadüfi proseslər və dayanıqlıq problemləri (Riga)) və onların işində iştrak edib (Ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə Ümumdünya kongreslərində (Meksika (Guanoxuato), Singapur, Türkiyə (İstanbul), Cənubi Korea (Seul), Beynəlxalq Statistika İnstitutunun Sessiyalarında (Avstraliya (Sidney), Seul), Ümudünya Bernulli Cəmiyyətinin Kongresi (Misir (Aleksandria).
Kafedranın əməkdaşları M.Həsrətova və T.Məmmədov Aktuar Riyaziyyat kurslarını bitirib sertifikatlar almişlar.



Kafedranın ştat cədvəli
Hazirda kafedrada 11 nəfər əməkdaş çalişır.Onlardan 2 nəfəri elmlər doktoru, 7 nəfəri elmlər namizədləridirlər.

  1. Asəf Hacı oğlu Haciyev - AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor
  2. Tamilla Hilal qızı Nəsirova - fizika-riyaziyyat elmləri doktoru, professor
  3. Fəda Hənnan oğlu Rəhimov - fizika-riyaziyyat elmləri doktoru, professor
  4. Valeh Hilal oğlu Hacıyev - fizika-riyaziyyat elmləri namizədi, dosent
  5. Çərkəz Arif qızı Ağayeva - fizika-riyaziyyat elmləri namizədi, dosent
  6. Həqiqət Məmmədrza qızı Əhmədova - fizika-riyaziyyat elmləri namizədi, dosent
  7. Mahir Fərrux oğlu Tahirov - fizika-riyaziyyat elmləri namizədi, dosent
  8. Qurban Rəhim oğlu Qasımov fizika-riyaziyyat elmləri namizədi, dosent
  9. Rövşən Telman oğlu Əliyev - fizika-riyaziyyat elmləri namizədi, dosent

2009-2011- ci illər üçün kafedrada elmi istiqamətlər
Kütləvi xidmət sistemlərinin modelləşdirilməsi və riyazi statistikanın intensiv metodları, reqressiya modelləri nəzəriyyəsi və istifadəsi, təsadüfi proseslər və ardicil statistik analizin müasir problemləri, mürəkkəb sistemlərin stoxastik analizi.

Təhsil
Kafedrada bakalavr, magistr və aspirantlar üçün ehtimal nəzəriyyəsi və riyazi statistikanın müxtəlif sahələrinə aid dərslər tədris olunur.
Kafedrada magistr hazırlığı iki ixtisas üzrə aparılır:
Ehtimal nəzəriyyəsi və riyazi statistika və Mürəkkəb sistemlərin ehtimal və statistik metodlarla təhlili
Aşağıdaki dərslər tədris olunur:
Ehtimal nəzəriyyəsi və riyazi statistika, Təsadüfi proseslər, Ehtimal nəzəriyyəsinin əlavə fəsilləri, Stoxastik analiz, Kompyuter statistikası, Ardıcıl statistik analiz, Kütləvi xidmət nəzəriyyəsi, Bərpaetmə nəzəriyyəsi, Semimarkov dolaşma prosesləri, Riyazi statistika.

Nəşrlər
Kafedranın əməkdaşları tərəfindən dünyanın aparıcı elmi jurnallarında məqalələr çap olunub. Onlardan:
Rusiya Elmlər Akademiyasının Dokladı, Rusiya Elmlər Akademiyasının İzvestiya, (ser.Texniçeskaya Kibernetika), Kolmogorov adına jurnal - Teoriya Veroyatnostey i ee Prilojeniya, Matematiçeskie zametki, Vestnik Moskovskogo Universiteta, Scandinavian Journal of Statistics, Stochastik Processes and their Applications və d.

Kitablar

  1. Ehtimal nəzəriyyəsi və riyazi statistika terminləri lüğəti (dört dildə azərbaycan-ingilis-rus-türk). Gənclik nəşr., 2002, 420s. (Müəlliflər: C.Allahverdiyev, A.Haciyev, H.Əhmədova).
  2. Ehtimal nəzəriyyəsi və riyazi statistika (dərslik)
  3. (müəllif - H.Əhmədova) Gənclik nəşr., 2002,
  4. Riyazi statistika (dərs vəsaiti). Müəllif - H.Əhmədova
  5. Ehtimal nəzəriyyəsi və riyazi statistika (ehtimalin klassik təyini) (metodik vəsait) müəllif - V.Haciyev, 2007.
  6. Ehtimal nəzəriyyəsi və Riyazi Statistika. Ensiklopediya. 1300səh. (nəşrə təqdim edilb)
  7. (müəlliflər: C.Allahverdiyev, A.Haciyev, H.Əhmədova).
  8. Riyazi fizika tənlikləri.(müəllif - Q.Qasımov), 2008.


Beynəlxalq əlaqələr
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, V.A.Steklov adına Rusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, T. Şevçenko adına Ukraina Dövlət Universiteti, Ukraina Milli Elmlər Akademiyası, Riyaziyyat İnstitutu, Ukraina Milli Elmlər Akademiyası, V.Qluşkov adına Kibernetika İnstitutu, Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat və İnformatika İnstitutu, Razmadze adına Riyaziyyat İnstitutu (Gürcüstan), Əbdüs Salam adına Nəzəri Fizika Elmi Mərkəz (İtaliya), Üçüncü dünyanın Elmlər Akademiyası (İtaliya), Linkoln Universiteti (ABŞ), Cənubi Kaliforniya Universiteti (ABŞ), Kral Texniki İnstitut (Stokholm), Umea Universiteti (İsveç), Fern Universiteti (Almaniya, Hagen), Lisabon Universiteti (Portuqaliya)

Hesabatlar
2006-2008-ci illərdə kafedrada 66 elmi məqalə, 2 kitab, 1 metodik gostəriş çap olunmuşdur.

Bookmark and Share