www.applmath.az

Home az | ru | en

Ehtimal nəzəriyyəsi və riyazi statistika

Ehtimal nəzəriyyəsi və riyazi statistika müasir riyaziyyatın nəzəri və tətbiqi sahələrindən biri olaraq təbiətdə baş verən təsadüfi hadisə və proseslərin riyazi modelini tədqiq edir. Ehtimal nəzəriyyəsi təsadüfi hadisə və proseslərin tabe olduqları riyazi qanunauyğunluqları – ehtimal qanunlarını aşkar edir və onların öyrənilmə metodlarını verir.  Riyazi statistika bir elm kimi ehtimal nəzəriyyəsi ilə yanaşı inkişaf edərək ehtimal nəzəriyyəsinin öyrənildiyi məsələlərinin müəyyən m\nada tərs məsələlərini tədqiq edir və ehtimal – statistik modellərin parametrlərinin qiymətləndirilməsi və onlar haqqında statistik hipotezlərin yoxlanılması məsələlərini öyrənir.

Fənnin praktiki əhəmiyyəti ehtimal nəzəriyyəsi və riyazi statistikanın geniş tətbiq sahələrinə (iqtisadiyyat, tibb, bank sistemi, sığorta işi və s.) malik olması ilə müəyyənləşir.

Bu fənnin qiymətləndirmə metodu - yazılı və şifahi.

Bookmark and Share