Fətullayeva Laura Faiq qızı
Mexanika üzrə elmlər doktoru, professor əvəzi, "Təbiqi analizin riyazi üsulları" kafedrasının müdiri
İş telefonu: +(994) 12 438 25 18
e-mail: laura_fat@rambler.ru
QISA BİOQRAFİK MƏLUMAT
1963-cü il dekabrın 16-da Naxçıvan MR, Babək qəsəbəsində anadan olub.
1971- ci ildə Babək qəsəbə orta məktəbinə daxil olub, 1981-ci idə məktəbi bitirib.
1981-1986-cı illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1991-1994-cü illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin aspirantı olub.
1994-2007-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat ETİ-da, 2007-2016-cı illərdə AMİ-da, 2016-cı ildən BDU-nun Tətbiqi riyaziyyat və Kibernetika fakultəsində çalışır.
İki övladı var.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏSİ
1981-1986 – ali təhsil
1991-1994 - aspirant
2004, fizika-riyaziyyat elmləri namizədi, 01.02.04 -"Deformasiya olunan bərk cisim mexanikası" ixtisası üzrə "Konstruksiyaların qeyri-xətti elastiki, çoxqatlı, nazikdivarlı elementlərinin qabarması". D 01.111 dissertsiya şurası, AMEA Riyaziyyat və Mexanika İnstitutu
2016, mexanika üzrə elmlər doktoru, 2002.01 - "Deformasiya olunan bərk cisim mexanikası" ixtisası üzrə "Konstruksiyalarda olan elastiki,qeyri-elastiki, çoxlaylı, nazikdivarlı elementlərin dayanıqlıq və qabarma məsələlərinin variyasiya üsulu ilə həlli". D 01.111dissertsiya şurası, AMEA Riyaziyyat və Mexanika İnstitutu
ƏMƏK FƏALİYYƏTİ
1986-1989, müəllim, Naxçıvan MR 145 saylı OTPM
1989-1991, baş laborant, Naxçıvan Dövlət Pedaqoji Universiteti
1994-2007, elmi işçi, BDU, Tətbiqi riyaziyyat ETİ
2007-2016, dosent, AMİ
2016-cı ildən hal-hazıra kimi, professor əvəzi, BDU, “Tətbiqi analizin riyazi üsulları” kafedrası
2018-cı il mart ayının 14-dən “Tətbiqi analizin riyazi üsulları” kafedrasının müdiri
Apardığı dərslər: Riyazi analiz, ədədi üsullar, həndəsə
112 elmi-metodik əsərlərin müəllifidir.
BDU-nun 100-illik yubileyinə həsr olunmuş Yubiley medalı ilə təltif olunmuşdur.
TƏDQIQAT SAHƏSI
Deformasiya olunan bərk cisim mexanikası, Hesablama riyaziyyatı
BEYNƏLXALQ KONFRANSLARDA, KONQRESLƏRDƏ VƏ SIMPOZIUMLARDA IŞTIRAK
- The 16th International conference “Mechanics of Composite materials”, Riga, Latvia, мay 24-28 2010
- The 10th International Conference, Vilnius, Lithuania, may 2010
- International Conference “Continuum Mechanics and related problems of analysis”, Tbilisi, September 9-14 2011
- BDU-nun “Hesablama riyaziyyatı” kafedrasının 50 illik yubileyinə həsr olunmuş elmi konfrans, Bakı, 15-16 noyabr 2012
- “Mexanikanın klassik və müasir problemləri” adlı Respublika elmi konfransının materialları. Bakı, 22 may 2014-cü il
- “Riyaziyyat və İKT-nin tətbiq sahələri. Yeni tədris texnologiyaları” adlı Beynəlxalq konfrans. Gəncə Dövlət Universiteti, 05-06 iyun 2014-cü il
- “Riyaziyyatın nəzəri və tətbiqi problemləri” adlı Beynəlxalq elmi konfransın materialları. Sumqayıt, 2017-ci il
- IX International Conference of the Georgian Mathematical Union. Batumi – Tbilisi, September 3 – 8, 2018
- International Conference "Modern Problems of Mathematics and Mechanics" devoted to the 60th anniversary of the Institute of Mathematics and Mechanics. 23-25 October, 2019, Baku, Azerbaijan
SEÇIILMIŞ ƏSƏRLƏRI
- Сплющивание разностенной длинной многослойной вязкоупругой цилиндрической оболочки // Журнал «Механика композитных материалов». 2011, т. 47, № 2, с. 1—18.
- Предельное состояние вязко-упругого кольца под действием неравномерно распределенного внешнего давления // Bakı Universitetinin Xəbərləri. Fizika-riyaziyyat elmləri seriyası, 2012, № 2, s. 63-69.
- Численное решение задачи выпучивания эксцентрического кольца // Журнал «Машиноведение». Изд. Азербайджанского Технического Университета, Баку, 2013, № 1, с. 8-10.
- Устойчивость нелинейно-упругого кольца под действием неравномерного внешнего давления // Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalı, 2013, № 2(56), s. 67-71.26.
- Устойчивость упругого кольца при нелинейном напряжении // “Pedaqoji Universitet Xəbərləri” jurnalı, 2014, № 1.· The limiting state of a cylindrical shell under the action of an uneven external pressure. AMEA-nın Xəbərləri, fiz.-riy. Elmləri ser., mexanika buraxılışı. 2017-ci il.
- Boundary Value Problems for Cauchy-Riemann Inhomogeneous Equation with NonlocalBoundary Conditions in a Rectangle. Caspian Journal of Applied Mathematics, Ecologyand Economics. V. 6, No 2, 2018, December, pp 17-22.
- Effect of wave generation at critical time combined viscous-elastic ring. Transactions of NAS of Azerbaijan, Issue Mechanics, 38 (7), 66-75 (2018). Series of Physical-Technical and Mathematical Sciences.
- Multipoint boundary value problem for the first order elliptic equation. Transactions of NAS of Azerbaijan, Issue Mechanics, Series of Physical-Technical and Mathematical Sciences. (8), pp. 44-47, 2019.
- “Ədədi üsullar” fənnindən kurs işinin verilməsinə metodiki yanaşma. Azərb. Res. Təhsil İnstitutunun Elmi Əsərləri, cild 87, № 1, 2020, səh.119-125.
KITABLAR , PROQRAMLAR
1. Riyazi məsələlərin proqramlaşdırılması. Bakı, 2010, səh.138.
2. Say sistemləri və hesab əməlləri. Bakı, 2014, səh. 51.
3. Təhsildə komputer modelləşməsi. Bakı, 2015, səh. 112.
4. “Cəbr” fənn proqramı. Bakı Universiteti nəşriyyatı, 2019.