Həqiqi dəyişənli Funksiyalar nəzəriyyəsi
Fənnin məqsədi Lebeq ölçüsü və inteqralının mahiyyətini və xassələrini, eləcə də Furye sıraları nəzəriyyəsinin elementlərini tələbələrə mənimsətməkdən ibarətdir. Lebeq ölçüsü və Lebeq inteqralı ali riyaziyyatın ən mühüm anlayışlarındandır. Bu anlayışlar sonradan tədris olunan riyaziyyat kurslarında istifadə olunur. Xüsusilə, bu kurs ehtimal nəzəriyyəsinin öyrənilməsində əsas rol oynayır. Sonuncu isə, məsələn, ekonometrika kimi qeyri-riyazi fənlərin tədrisində zəruri olan riyazi aparatdır. “Lebeq ölçüsü və inteqralı” və “Furye sıraları”.
Fənnin qiymətləndirmə metodu – yazılı.