Şimiyev Həşim
Fizika riyaziyyat elmləri namizədi
Vəzifəsi: Dosent
İş telefonu: 510-44-68
e-mail:shimiyev@mail.ru
QISA BİOQRAFİK MƏLUMAT
1952-ci il yanvar ayının 2-də Azərbaycan Respublikası Naxçıvan MR-in Ordubad rayonunun Bist kəndində anadan olmuşdur. 1968-ci ildə Naxçıvan şəhər 7 saylı orta məktəbini gümüş medalla bitirmisdir. Elə həmin il Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1973-cü ildə BDU-nun Tətbiqi riyaziyyat fakültəsini bitirib, təyinatla MEA-nın Kibernetika İnstitutuna göndərilmişdir. 1973-1977-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1974-1978-ci illərdə BDU-nun hesablama mərkəzində işləmişdir. 1978-1995-ci illərdə MEA-nın Riyaziyyat-Mexanika İnstitutunun XKB-da işləmişdir.
1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyası müdafiə etmişdir. 1974-1988-ci illərdə BDU-da, Texniki Universitetdə və İnşaat Mühəndisləri Universitetində saat hesabı ilə dərs demişdir. 1988-ci ildən 1997-ci ilə qədər "Ziya" kooperativinin idarə heyətinin sədri işləmişdir. 1997-ci ildə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi kibernetika kafedrasında dosent vəzifəsinə seçilmişdir. Hal-hazırda orada həmin vəzifədə işləyir. Qırxa yaxın elmi işin müəllifidir.
ELMİ DƏRƏCƏ VƏ ELMİ AD
Fizika riyaziyyat elmləri namizədi, Dosent
ƏMƏK FƏALIYYƏTI
1974-1978-ci illərdə BDU-nun hesablama mərkəzində işləmişdir
1978- 1995-ci illərdə MEA-nın Riyaziyyat- Mexanika İnstitutunun XKB-da işləmişdir
1974-1988-ci illərdə Bdu-da, Texniki Universitetdə və İnşaat Mühəndisləri Universitetində saat hesabı ilə dərs demişdir.
1988-1997-ci illərdə “Ziya” kooperativinin idarə heyətinin sədri işləmişdir.
1997-ci ildə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi kibernetika kafedrasında dosent vəzifəsinə seçilmişdir.
TƏDRİS ETDİYİ FƏNNLƏR
1.Diskret riyaziyyat və riyazi məntiq-1
2 Diskret riyaziyyat və riyazi məntiq-2
3.Sistem nəzəriyyəsi
4.Tətbiqi cəbr
5.Münaqişələr nəzəriyyəsi
6.Riyazi məntiq problemləri
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1989-cu ildə Bolqarıstanda, 2001-ci ildə Türkiyə Respublikasında, 2007-ci ildə İran İslam Respublikasında və Bakı şəhərində beynəlxalq konfranslar.
2010 Riyazi modelləşdirmə haqda. Tətbiqi riyaziyyat və kibernetika fakültəsi. “Riyaziyyat, İnformatika və İqtisadiyyatın müasir problemləri” mövzusunda Respublika Elmi Konfransının Materialları. BDU, Bakı – 2012 Main Principles of Decision making in conflict theory. Proc. Of the 9th Seminar of Differential Equations and Dynamical Systems. Tabriz, İran. July.11-13
2013 Game models of conflict situations. 4th Conference3 on Control and Optimization with Industrial Applications. COIA 10-12 JULY Borovets, Bulgaria. EXTENDED ABSTRACTS.
2015 Petri şəbəkəsi və münaqişələri. AMEA-nın müxbir üzvu Y.C.Məmmədovun 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları, s. 132-135
TƏDQİQAT SAHƏSİ
Oyunlar nəzəriyyəsi, münaqişələr nəzəriyyəsi
SEÇİLMİŞ ƏSƏRLƏRİ
1. Münaqişələrin tədqiq olunması. "Bilgi" dərgisi, fizika, riyaziyyat, yer elmləri, № 3-4, 2005
2. Münaqişələrin tədqiqi - danışıqların aparılması
3. Təhsil sisteminin sosial analizi. Odlar Yurdu Universitetinin xəbərləri, 2007
4. Təhsil sistemində münaqişələr
5. On game problem with double linear successive machine (DLGM) with zero initial state
6. Хəтти ardıcıllıq maşınlarında kollektiv münaqişəli davranışlar, Вестник БГУ, сер. Физ.-мат. Наук, 2009, №2, с.82-93
7. Математическое моделирование конф-ликтных ситуаций. Вестник БГУ, серия физ-мат. наук, 2011, № 4
8. Математическое моделирование конфликтных ситуаций. Baki Universitetinin xəbərləri, fizika-riyziyyat elmləri seriyası 2012, N1
9. Münaqişə situasiyalarının oyun modelləri. Bakı Universitetinin xəbərləri. Fizika –riyaziyyat elmləri seriyası. N-2. ,2013, c. 45-53
10. Münaqiıələr nəzəriyyəsində qərar qəbuletmənin əsas prinsipləri. BDU-nun xəbərləri.Fiz-riy. ser. səh.50-59
11. Petri şəbəkəsi və münaqişə situ-asiyaları. BDU-nun xəbərləri 2015 № 4, səh. 72-81
KİTABLAR
1. Kibernetika haqqında düşüncələr. "Elm" nəşriyyatı, 1989
2. Diskret riyaziyyat. BDU nəşriyyatı, 1998