Mahmudzadə Ramin Əlinazim oğlu
fizika riyaziyyat elmlər namizədi, dosent
İş telefonu: (+99412) 438 25 18
E-poçt: ramah@mail.ru
QISA BİOQRAFİK MƏLUMAT
31 avqust 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəb Ukrainada bitirmişdir. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirmiş, 1961-ci ildə oranı bitirmişdir. 1961-ci ildən 1968-ci ilədək Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində asisent işləmişdir. 1968-1973-cü illərdə Azərbaycan EA Nəzəri Kimya Problemləri İnstitutunda şöbə müdiri olmuşdur. 1973-cü ildə Bakı Dövlət Universitetinə qayıtmış, tətbiqi-riyaziyyat və kibernetika fakültəsində dərs demişdir. Əvvəlcə baş müəllim, namizədlik dissertasiyasını müdafiə etdikdən sonra dosent, kafedra müdiri vəzifəsində işləmişdir.
Fasiləsiz olaraq böyük pedaqoji və ictimai fəaliyyətdə olmuşdur. 1970-ci illərin əvvəllərində respublikada ilk dəfə ilk olaraq 164 sonra 134 saylı orta məktəblərdə proqramçı siniflərinin banisi olmuşdur.
1989-cu ildə Respublikada məktəblərdə kompüterlərin tətbiqi ilə bağlı Ümumittifaq Pilot Layihəsinin başçısı olmuşdur. Respublika üzrə məktəblərarası informatika olimpiadalarının demək olar ki, hamısında jüri sədri olmuşdur. 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəridir. Ölkədə və dünyanın bir sıra ölkələrində olan bir çox İT şirkətlərdə, banklarda, Tətbiqi riyaziyyat və İqtisadi Kibernetika ixtisası üzrə təhsil almış, Ramin Mahmudzadə məktəbini keçmiş kadrlar işləyirlər. 1999-cu ildən Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədridir. 80-dən artıq elmi və pedaqoji əməyi çapdan çıxıb. 2005-ci ildə AR Prezidenti tərəfindən Şöhrət Ordeni ilə təltif olunmuşdur.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1961-ci il - Leninqrad Dövlət Universitetini bitirib.
1981 - Потенциал двойного слоя по гладким кривым и поверхностям в пространствах непрерывных функций mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Fizika-riyaziyyat elmləri namizədi, dosent.
ƏMƏK FƏALİYYƏTİ
1961 - 1968 Azərbaycan Dövlət Universiteti asisent, baş müəllim.
1968 - 1973 Nəzəri kimya Problemləri İnstitutu, Kompüter şöbəsinin müdiri
1973 - 1997 Bakı Dövlət Universiteti, baş müəllim, dosent, kafedra müdiri.
1989 - 1995 "AzİNPO" "Pilot Məktəblər" Beynəlxalq Layihəsinin dəstək mərkəzi (İBM şirkəti ilə birgə) rəhbəri
1997 - 1999 AzEurotel - Telekommunikasiya şirkəti, şöbə müdiri
1999 - indiyədək. Bakı Dövlət Universiteti, "İnformasiya Texnologiyaları və Proqramlaşdırma" kafedrasında dosent
1989 - indiyədək məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri
1985 - 1990 Bakı "Bilik" Cəmiyyətinin nəzdində "İstehsalatda Riyazi üsullar" İctimai İnstitutunun rektoru
1999 - indiyədək Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri.
1999-2003 - Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzinin rəhbəri
2002-2005 - Focal Point UNESCO-nun Azərbaycanda rəhbəri
TƏDRİS ETDİYİ FƏNLƏR
Translyasiya üsulları, informatika, alqoritmik dillər
TƏDQİQAT SAHƏSİ.
Paralel proqramlaşdırma. Proqramlaşdırma dilləri. Tədris metodikası.
SEÇİLMİŞ ƏSƏRLƏRİ.
80-dən artıq elmi və pedaqoji əsəri çapdan çıxıb.
QRANT və LAYİHƏLƏR.
1989-cu ildə Respublikada məktəblərdə kompüterlərin tətbiqi ilə bağlı Ümumittifaq Pilot Layihəsinin başçısı olmuşdur.
1999-cu ildə Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzinin başçısı olmuş və qrant almışdır
KITABLAR və PROQRAMLAR
1. İnfornatika,8 sinif,dərslik,Bakı,2009,128 s.
2. İnfornatika,9 sinif,dərslik,Bakı,2009,128 s.
3. Информатика 10 класс, Баку, 2010, 130с.
4. Информатика 11 класс, Баку, 2010, 130с.
5. «İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrası » üzrə fənn proqramları, Bakı-2011, 56 s
6. Информатика 11 класс, Баку, 2011, 128 с.
7. İnformatika 9-cu sinif, Bakı, 2011, 128 s.
8. İnformatika 8-ci sinif, Bakı, 2011, 128 s.
9. Информатика 7 класс, Баку, 2011, 128 с.
10. İnformatika 7-ci sinif, Bakı, 2011, 128 s.
11. Информатика 4 класс, Баку, 2011, 128 с.
12. İnformatika 4-cü sinif, Bakı, 2011, 128 s.
13. Информатика-1 1 класс, Баку, 2012, 72 с.
14. İnformatika 1-ci sinif, Bakı, 2012, 72 s.
15. İnformatika 5-ci sinif, Bakı, 2012, 96 s.
16. Информатика-2 1 класс, Баку, 2012, 72 с.
17. Информатика 5 класс, Баку, 2012, 96 с.
18. Информатика 7 класс, учебник, Баку, 2014, 96 с.
19. İnformatika 7-ci sinif, dərslik, Bakı, 2014, 96 s.
20. Информатика 7 класс, методическое пособие, Баку, 2014, 96 с.
21. Информатика 11 класс, методическое пособие, Баку, 2014, 128с.
22. İnformatika 7-ci sinif, metodik vəsait, Bakı, 2014, 96 s.
23. Məktəblilərin informatika olimpiadaları . 256 səh.
24. Информатика 1 класс, Баку, 2015, 72с. Dərslik
25. Информатика 8 класс, Баку, 2015, 96с. Metodik vəsait
26. Информатика 8 класс, Баку, 2015, 95 с . Dərslik
27. Информатика 4 класс, Баку, 2015, 88 с. Dərslik
28. İnformatika 4-ci sinif,Bakı, 2015, 88 s. Dərslik
29. İnformatika 4-ci sinif, Bakı, 2015, 104 s. Metodik vəsait
30. İnformatika 1-ci sinif,Bakı, 2015, 72 s. Dərslik
31. İnformatika 6-ci sinif,Bakı, 2015, 96 s. Dərslik
32. İnformatika 8-ci sinif,Bakı, 2015, 95 s. Dərslik
33. İnformatika 8-ci sinif, Bakı, 2015, 96 s. Metodik vəsait
34. İnformatika,dərslik,9 sinif,Bakı,2016,Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.06.2016-ci il tarixli 369 №-li əmri ilə təsdiq olunmuşdur.),s.136
35. İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının fənn proqramları //Kompüter elmləri ixtisası üzrə. – Bakı. – BDU. – 2013. 45s.( и на русском вариант такой же)
36. İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının fənn proqramları //İnformatika müəllimliyi ixtisası üzrə. – Bakı. – BDU. – 2013. - 24s.( и на русском вариант такой же)
37. Программы по кафедре Информационные технологии и программирования //Специальность Компьютерные науки. – Баку. – БГУ. – 2013. – 45с.
38. Программы по кафедре Информационные технологии и программирования //Специальность Преподаватель информатики. – Баку. – БГУ. – 2013. – 24с.
39. Учебник,9 класс, Информатика,Баку,2016, Утверждено Министерством Образования Азербайджанской Республики(приказ №369 от 03.06.2016),s.136
40. Учебник 9 класс, Информатика,Баку,2016, Утверждено Министерством Образования Азербайджанской Республики(приказ №369 от 03.06.2016),s.136
41. Учебник 9 sinif,Bakı,2016,Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.06.2016-ci il tarixli 369 №-li əmri ilə təsdiq olunmuşdur.),s.136
42. Информатика – 10,dərslik,Rus dilində,Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:2017-095,© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2017,Fiziki çap vərəqi 13. Səhifə sayı 208.Bakı – 2017
43. İnformatika – 10,dərslik, Azərbaycan dilində,Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:2017- 093© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2017,Fiziki çap vərəqi 13. Səhifə sayı 208,Bakı – 2017