Müasir proqramlaşdırma dilləri
Kursun məqsədi. Müasir proqramlaşdırma dilləri fənninin tədris olunmasında məqsəd İKT-nin sürətli inkişaf etdiyi müasir dövrdə tələbələri bu dillər ilə yaxından tanış etməkdir. Bu fənnin tədrisi zamanı proqramlaşdırma dilləri arasında tətbiq sahələrinin genişliyi ilə seçilən C++ dilinə üstünlük verilir. Tədris kursu üzrə tələbələr C++ dilinin sintaksisinə yiyələnir, sadə proqram nümunələrini yaradaraq kompüterdə yoxlaya bilirlər. C++ dilinin gələcək proqramçının yetişməsində danılmaz yeri vardır. Belə ki, müasir proqramlaşdırma dillərindən olan C# və Java dilləri sintaksislərini məhz C++ dilindən götürmüşdür.