Mühasibat uçotu və auditin əsasları
Fənnin əass məqsədi — müəssisələrdə (istehsal, qeyri-istehsal sahələri) maliyyə –təsərrüfat fəaliyyətinin gündəlik qarşılaşan əməliyyatlar üzrə hesabatının aparılması prinsiplərini öyrənməkdir. Təsərrüfat əməliyyatları mühasibatlıqda yazılışlar vasitəsilə əks etdirilərək həyata keçirilir. Bu yazılışlar öz növbəsində mühasibat hesablarının köməyi ilə yerinə yetirilir. Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun qarşısında duran ən başlıca vəzifə – bazarın mövcud tələblərinə uyğun şəkildə təsərrüfatın fəaliyyətinin rentabelliyini təmin etmək və hesabatdan kənarda heç bir təsərrüfat əməliyyatının qalmamasına imkan verməkdən ibarət olmalıdır.
Fənnin qiymətləndirmə metodu-yazılı,test,şifahi ola bilər