Əməliyyatlar tədqiqi və oyunlar nəzəriyyəsi.
Əməliyyatlar tədqiqi və oyunlar nəəzəriyyəsi elmi cəhətdən əsaslandırılmış riyazi fənn olub, insan fəaliyyətinin müxtəlif sahələrində meydana çıxan bir çox məsələlərin həllində “ən yaxşı” qərarların qəbul edilməsi üçün riyazi metodların işlənməsini və tətbiqini nəzərdə tutur. Bu fənnin tədrisi prosesində həm iqtisadi, həm də idarəetməçilik nöqteyi-nəzərdən əhəmiyyət daşıyan mürəkkəb sistemlərə baxılır, müxtəlif şəraitdə müxtəlif məqsədlərin optimallığını təmin edən həllərin seçilməsi üçün üsullar öyrənilir.
Xətti,tamqiymətli, parametrik, dinamik proqramlaşdırma metodları,nəqliyyat məsələsi,konfliktli şəraitdə qərarların qəbulu ilə bağlı oyun məsələlərinin öyrənilməsi konkret məsələlərin həllində düzgün riyazi təhlilin aparılması məqsədini daşıyır. Baxılan üsulların iqtisadi məzmun daşıyan çoxlu sayda məsələlərin həllinə tətbiq olunması tələbələr tərəfindən tədris olunan materialın daha yaxşı mənilməsinə, riyazi biliklərin möhkəmləndirilməsinə xidmət edir.
Alınan bilik və bacarıqların qiymətləndirilməsi isə yazılı yoxlama işlərinin, test tapşırıqlarının, şifahi sorğular və fərdi işlərin aparılması ilə həyata keçirilir.