www.applmath.az

Home az | ru | en

ƏMƏLIYYATLAR TƏDQIQI VƏ EHTIMAL NƏZƏRIYYƏSI KAFEDRASI

"Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi" kafedrası «Tətbiqi riyaziyyat və kibernetika» fakultəsinin nəzdində 2015-ci ildə iki kafedranın (“Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə” və “Ehtimal nəzəriyyəsi və riyazi statistika”) birləşdirilməsi nəticəsində yaradılmışdır. Kafedranın ilk müdiri akademik Cəlal Allahverdiyev, sonra isə dosent Rəfael Həmidov olmuşdur. 2022-ci ilin fevral ayında kafedra müdiri vəzifəsinə riyaziyyat elmləri doktoru, professor Rövşən Telman oğlu Əliyev seçilmişdir.

“Əməliyyatlar tədqiqi və riyazi modelləşdirmə” kafedrası 1990-cı ildə «Tətbiqi riyaziyyat və kibernetika» fakültəsində yaradılmış və prof. Abbas Əzimov kafedra müdiri seçilmişdir.

1991-94-cü illərdə kafedra müdiri vəzifəsini dos. Şahbaz Baimov icra etmişdir. 1994-cü ildə kafedra müdiri vəzifəsinə akademik Cəlal Allahverdiyev seçilmişdir.

“Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrası 1990-cı ildə Bakı Dövlət Univesitetinin mexanika-riyaziyyat fakültəsində akademik Y.V.Proxovun tövsiyyə məktubu əsasında yaradılmışdır. 1990-2000-ci illərdə kafedranın müdiri f.r.e.d., prof. Nadir Süleymanov olmuşdur. 2000-ci ildə kafedra Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə köçürülmüş və kafedraya 15 il müddətində akademik Asəf Hacıyev rəhbərlik etmişdir. Bu müddətdə kafedra ciddi inkişaf yolu keçmişdir. Kafedrada 3 elmlər doktorluğu və 7 elmlər namizədliyi dissertasiyası hazırlanıb müdafiə olunmuşdur. Həmin dövrdə kafedrada yeni dərs vəsaitləri çap olunmuş, dünyanın nüfuzlu elm mərkəzləri və universitetləri ilə əlaqələr qurulmuşdur. Bu əlaqələr bu gün də davam etməkdədir.

Təhsilin bakalavr pilləsi üzrə tədris olunan fənlər:
"Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi" kafedrası BDU-nun «Tətbiqi riyaziyyat və kibernetika» və «Mexanika riyaziyyat» fakültələrində tədris fəaliyyatı aparır.
Əməliyyatlar tədqiqi və oyunlar nəzəriyyəsi, Ehtimal nəzəriyyəsi və riyazi statistika, Riyazi modelləşdirmə, İqtisadiyyatın oyun məsələləri

Kafedrada 4 ixtisas üzrə magistr hazırlığı aparılır:

1.”Ehtimal nəzəriyyəsi və riyazi statistika”  ixtisası üzrə tədris olunan fənlər:

  1. Ehtimal nəzəriyyəsinin riyazi əsasları
  2. Ehtimal nəzəriyyəsinin əlavə fəsilləri
  3. Aktuar riyaziyyatın əsasları
  4. Təsadüfi proseslər nəzəriyyəsi
  5. Təsadüfi kəmiyyətlərin cəmi üçün limit teoremləri
  6. Stoxastik modellər
  7. Riyazi statistika
  8. Statistik praktikum
  9. Kütləvi xidmət nəzəriyyəsi
  10. Reqressiya və dispersiya analizi
  11. Ehtimal nəzəriyyəsinin tətbiqi  məsələləri

2.”Mürəkkəb sistemlərin ehtimal və statistik metodlarla təhlili” ixtisası üzrə tədris olunan fənlər:

  1. Bərpaetmə nəzəriyyəsi
  2. Ardıcıl statistik analiz
  3. Mürəkkəb sistemlərin stoxastik analizi
  4. Stoxastik maliyyə riyaziyyatının əsasları
  5. Kütləvi xidmət nəzəriyyəsi
  6. Təsadüfi proseslər nəzəriyyəsi
  7. Ehtimal nəzəriyyəsinin əlavə fəsilləri
  8. Riyazi statistika
  9. Kompyuter  statistika
  10. Təsadüfi kəmiyyətlərin cəmi üçün limit teoremləri
  11. Stoxastik analiz

3.”Əməliyyatlar tədqiqi və sistemli təhlil” ixtisası üzrə tədris olunan fənlər:

  1. Kollektiv qərar qəbul etmə məsələləri
  2. Dinamik proqramlaşdırma modelləri
  3. Stoxastik riyazi modellər
  4. Qərar qəbuletmənin riyazi əsasları
  5. Çoxkriteriyalı məsələlərdə qərar qəbuletmə
  6. Tətbiqi funksional analiz
  7. Böyük ölçülü sistemlər
  8. İqtisadiyyatda əməliyyatlar tədqiqi
  9. Qeyri-səlis riyazi modellər
  10. Oyunlar nəzəriyyəsinin əsasları
  11. İqtisadi sistemlərdə paylanma məsələləri

4.”Riyazi modelləşdirmə” ixtisası üzrə tədris olunan fənlər:

  1. Stoxastik modellər
  2. Qeyri-səlis riyazi modellər
  3. Oyunlar nəzəriyyəsi və modelləşdirmə

Beynəlxalq əlaqələr

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, V.A.Steklov adına Rusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, T. Şevçenko adına Ukraina Dövlət Universiteti, Ukraina Milli Elmlər Akademiyası, Riyaziyyat İnstitutu, Ukraina Milli Elmlər Akademiyası, V.Qluşkov adına Kibernetika İnstitutu, Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat və İnformatika İnstitutu, Razmadze adına Riyaziyyat İnstitutu (Gürcüstan), Əbdüs Salam adına Nəzəri Fizika Elmi Mərkəz (İtaliya), Üçüncü dünyanın Elmlər Akademiyası (İtaliya), Linkoln Universiteti (ABŞ), Cənubi Kaliforniya Universiteti (ABŞ), Kral Texniki İnstitut (Stokholm), Umea Universiteti (İsveç), Fern Universiteti (Almaniya, Hagen), Lisabon Universiteti (Portuqaliya)

Kafedra əməkdaşlarının çap olunmuş metodik və dərs vəsaitləri:

  1. Nəsirova T.H. Ehtimal nəzəriyyəsi və riyazi statistika (metodik vəsait), Bakı, 1990
  2. Rəhimov F.H.  Ehtimal nəzəriyyəsində yığılma məsələləri (metodik göstəriş), Bakı, 1997
  3. Ehtimal nəzəriyyəsi və riyazi statistika terminləri lüğəti (azərbaycan-ingilis-rus-türk). (müəlliflər: Allahverdiyev C., Haciyev A., Əhmədova H.), Bakı, 2002, 420 s.
  4. Əhmədova H. Riyazi statistika. (metodik vəsait), Bakı, 2001.
  5. Əhmədova H. Ehtimal nəzəriyyəsi və riyazi statistika. (dərs vəsaiti), Gənclik nəşriyyatı, Bakı, 2002, 350 s.
  6. Həmidov R.H., Baimov Ş.G. Əməliyyatlar tədqiqi misal və məsələlərdə. Bakı, 2002.
  7. Allahverdiyev C.E., Baimov Ş.G., Sultanova E.B. Riyazi modelləşdirmə. Bakı, 2004, 256 s.
  8. Haciyev V.H. Ehtimal nəzəriyyəsi və riyazi statistika (metodik vəsait, rusca), Bakı, 2006, 37 s.
  9. Ehtimal nəzəriyyəsi və Riyazi Statistika. Ensiklopediya. (müəlliflər: C.Allahverdiyev, A.Haciyev, H.Əhmədova). Bakı, 2012, 2300 s.
  10. Qasımov Q. Riyazi fizika tənlikləri. (dərs vəsaiti), 2008.
  11. Əliyev R.T. Təsadüfi prosesləri nəzəriyyəsinin elementləri. Trabzon, 2010, 185 s.
  12. Rəhimov F. Ehtimal nəzəriyyəsi və riyazi statistika. (dərs vəsaiti), Bakı, 2012, 275 s.
  13. Həmidov R.H., Allahverdiyeva N.K., Sultanova E.B. Matrisli oyunlar. Bakı, 2015, 91 s.
  14. Həmidov R.H., Allahverdiyeva N.K., Sultanova E.B. Əməliyyatlar tədqiqinin elementləri, Bakı, 2018, 232 s.
  15. Həmidov R.H., Allahverdiyeva N.K., Sultanova E.B. Əməliyyatlar tədqiqindən çalışmalar. Bakı, 2021, 145 s.


Kafedra əməkdaşlarının iştirak etdiyi qrant layihələri:

  1. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı, 2011 (layihə rəhbəri: prof. F.H.Rəhimov, iştirakçılar: prof. R.T.Əliyev, dos. H.Ə.Cəfərova)
  2. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı, 2014 (layihə rəhbəri: prof. F.H.Rəhimov, iştirakçılar: prof. R.T.Əliyev, dos. H.Ə.Cəfərova)
  3. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı, 2021 (layihə rəhbəri: prof. R.T.Əliyev, iştirakçılar: prof. F.H.Rəhimov, prof. S. Ə.Əliyev, dos. H.Ə.Cəfərova, dos. İ.İbadova, dos. V.Xəlilov)

 

Kafedranın ştat cədvəli:
Kafedra müdiri Əliyev Rövşən Telman - riyaziyyat elmləri doktoru, professor
Rəhimov
Fəda Hənnan  - fizika-riyaziyyat elmləri doktoru, professor
Hacıyev Valeh Hilal  - fizika riyaziyyat elmləri doktoru
Həmidov Rafael Hüseyn fizika-riyaziyyat elmləri namizədi, dosent

Qasımov Qurban Rəhim - fizika-riyaziyyat elmləri namizədi, dosent
Allahverdiyeva Nərminə Kərim - fizika-riyaziyyat elmləri namizədi, dosent

Ağayeva Mirvari
Həsənağa - fizika-riyaziyyat elmləri namizədi, dosent
Məmmədova Elnarə Bayram - fizika-riyaziyyat elmləri namizədi,dosent

Bookmark and Share