www.applmath.az

Home az | ru | en

İnformasiya sistemləri

Kursun məqsədi. Kursun məqsədi tələbələrə informasiya sistemlərinin yaradılması və istifadəsinin nəzəri və tətbiqi əsasları üzrə biliklər kompleksini vermək, onları informasiya sistemlərinin tarixi ilə, müasir problemlərlə və inkişaf perspektivləri ilə tanış etmək, onlara informasiya sistemlərinin müxtəlif aspektləri və onların tətbiq sahələrini təsvir edən anlayışlar toplusu ilə tanış olmaq imkanını verməkdir.

Bu kurs nə verir. Bu kursun  öyrənilməsi nəticəsində tələbələr müxtəlif informasiya sistemlərinin qurulması, onların yaradılmasının üsul və vasitələrini, tətbiq edilməsi, analiz və müşayiət etmənin əsas prinsiplərini mənimsəməlidir. Tələbə informasiya sisteminin predmet sahəsini təhlil etməyi öyrənməli və informasiya sisteminin layihələndirmə vaxtındakı xüsusiyyətlərini onun yaradılması və istifadə edilməsi prosesində nəzərə ala bilməlidir.

Kursun  praktiki tətbiqi. İnformasiya sistemlərinin müxtəlif aspektlərini və onların tətbiqi sahələrini təsvir edən başa düşülən aparatdan istifadə etmək, təhlil etmək və predmet sahəsində informasiya və funksional proseslərini təsvir etmək, predmet sahəsinin modelini qurmaq bacarığı və kiçik informasiya sistemlərini yaratmaq bacarığı Kompyuter Elmləri sahəsində hər bir mütəxəssisin lazımlı praktik bacarıqlarıdır.

 

Bookmark and Share