www.applmath.az

Home az | ru | en

İnformatika

İnformatika fənninin tədrisində məqsəd tələbələrə
- Müasir cəmiyyətdə informasiyanın nəzəri və praktik əsaslarını, cəmiyyətin sosial iqtisadi inkişafı üçün toplanmış informasiyadan praktik istifadə, beynəlxalq və mili informasiya sistemlərinin kompüter və kommunikasiya texnologiyalarından istifadə qaydalarını:
- Beynəlxalq və lokal şəbəkələrdə işləmə, verilənlər bazasından, elektron məlumatlar, kodlaşdırma, analitik tədqiqat, elektron jurnal, elektron mühasibat, elektron sənədlər, alternativ variantların hazırlanması:
- İnformasiyanın və informasiyalaşdırmanın sosial məsələləri (Sosial informasiya, informasiyanın cəmiyyətdə rolu, informasiyalaşmış cəmiyyətin konsepsiyası, informasiya təhlükəsizliyi, informasiyalaşdırmanın sosial nəticələri):
- Nəzəri  və riyazi informatika. (Alqoritm nəzəriyyəsi, modellər, qərarların qəbul edilməsi, riyazi və məntiqi aparat).
- Süni İntellekt nəzəriyyəsi (intellektual və psixi proseslərin modelləşdirilməsi, ekspert sistemləri, obrazların tanınması, intellektual robotlar).
-  Hesablama texnikası və proqramlaşdırma (EHM arxitekturası, proqram və proqramlaşdırma anlayışı, EHM-lərin yaranma tarixi, inkişaf mərhələləri, kompüter sistemləri və şəbəkələri).
- Tətbiqi informatika (İnformasiyanın toplanması və tətbiqi ilə əlaqədar olaraq bir çox elm sahələrində-iqtisadiyyatda, texnikada, hərbi işlərdə, hüquqi sahədə yaranan məsələlər) və s. kimi sahələri   mükəmməl öyrətməkdir.
Son dövrlərdə kompüter texnologiyasının təhsil sahəsində tətbiqi daha böyük vüsət almışdır.
Bir tərəfdən kompüterlər özləri öyrənmə obyekti olmaqla yanaşı, digər tərəfdən ümumi tədris prosesində mühüm texniki vasitəyə çevrilmişdir.
Tədrisdə öyrənilən biloji, fiziki, kimyəvi eksprimentlərin nəticələrinin emalı, tibbi diaqnostika qeyri-şəffaf cisimlərin daxili əksinin alınması, xarici dillərin öyrənilməsi və s. kimi mürəkkəb proseslər kompüter idarəetməsinə verilmişdir.
Fənnin tədris olunmasında məqsəd tələbələri “İnformatika”nın bir elm kimi əsas nəzəri və praktik aspektləri ilə tanış etmək, avtomatlaşmış informasiya mənbələrindən istifadə etmək üçün informatikanın bir vasitə kimi öyrədiməsi, informasiya sistemləri ilə işləmək üçün praktik vərdişlərin aşılanması, öyrədilməsini təmin etməkdir.
Hal-hazırda müəllimlər tədris sənədlərinin hazırlanmasında, tələbələr isə eksprimentlərin nəticələrinin analiz edilməsində, referativ sənədlərin hazırlanmasında, xarici dillərin öyrənilməsində, internet vasitəsilə dünya kitabxanalarından istifadə, elektron poçtla əlaqədə kompüterlərdən geniş istifadə edirlər. Ona görə də ali məktəbləri bitirən bütün tələbələr yeni şəraitdə “elektron informasiya sənədləri”, “verilənlər bazası” internetlə, elektron poçt vasitələri, faksla və informasiya texnologiyasının digər komponentləri ilə işləmə qaydalarını bilməlidirlər.
Bunun üçün də mütəxəssisdən çeviklik, emal oluan informasiyaların nəticələrindən düzgün qərar çıxarmaq və ondan praktik istifadə etmək kimi vərdişlər tələb olunur.
Fənnin qiymətləndirilməsində yazılı, test, şifahi qaydaların hər biri mümkündür.

Bookmark and Share