OPTİMALLAŞDİRMA VƏ İDARƏETMƏ KAFEDRASI
Optimallaşdırma və idarəetmə kafedrası 1980-ci ildə BDU-nun Tətbiqi riyaziyyat kafedrasının bazası əsasında yaradılmışdır. Bu kafedra optimallaşdırma və idarəetmənin riyazi nəzəriyyəsi və tətbiqi üsulları üzrə Respublikada fəaliyyət göstərən ilk kafedradır. Kafedranın nəzdində riyazi modelləşdirmə və avtomatlaşdırılmış idarəetmə sistemləri üzrə elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərmişdir. 1980-2015-ci illərdə kafedraya əməkdar elm xadimi, fizika riyaziyyat elmlər doktoru, professor Asəf Daşdəmir oğlu İsgəndərov rəhbərlik etmişdir. A.D.İsgəndərov 2005-2016-cı illərdə Lənkəran Dövlət Universitetinin rektoru olmuşdur. A.D.İskəndərov riyazi fizikanın xətti və kvazixətti tənlikləri və onların diskret analoqları üçün yeni sinif tərs məsələləri elmə daxil etmiş, onların korrektlik nəzəriyyəsini və həll üsullarını yaratmışdır. Diferensial tənliyin həllindən asılı əmsalın tapılmasına dair tərs məsələni də elmə ilk dəfə o, daxil etmiş, bu məsələnin korrektliyini öyrənərək , effektiv həll üsullarını əsaslandırmışdır. İlk dəfə olaraq xüsusi törəməli yüklənmiş diferensial tənliklər adlı yeni sinif tənlikləri öyrənmiş, onların əsas tipləri üçün sərhəd məsələlərinin keyfiyyət nəzəriyyəsini və həll üsullarını işləmişdir. Scientific Index Ctation-a görə riyazi ədəbiyyatda onun məqalələrinə 2000-dən artıq istinad edilmişdir, rəhbərliyi ilə 25 elmlər namizədi və 10 elmlər doktoru müdafiə etmişdir.
Kafedraya 2016-cı ildən riyaziyyat üzrə elmlər doktoru, professor Rafiq Qələndər oğlu Tağıyev rəhbərlik edir. R.Q.Tağıyevin elmi işlərində riyazi-fizika tənliklərinin əmsalları ilə optimal idarəetmə məsələləri tədqiq olunur. Müxtəlif riyazi-fizika tənlikləri ilə təsvir olunan proseslər üçün optimal idarəetmə məsələləri tədqiq olunur, onların qoyuluşunun korrektliyi öyrənilir, idarəedici əmsalların optimallığı üçün müxtəlif formalarda zəruri şərtlər alınır. Optimal idarəetmə məsələlərinin sonlu fərqlər approksimasiyasının yığılması tədqiq olunur və yığılma sürəti üçün qiymətləndirmələr alınır. R.Q.Tağıyev 115-dən çox elmi işin, o cümlədən 1 monoqrafiyanın, 2 dərsliyin, 3 dərs vəsaitinin və 20 fənn proqramının müəllifidir. R.Q.Tağıyevin rəhbərliyi ilə 3 fəlsəfə doktoru dissertasiyası müdafəe edilmiş və hazırda 1 dissertantın elmi rəhbəridir. 2010-cu ildən Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Tədris-Metodiki Şurasının sədri, 2017-ci ildən BDU Tədris-Metodiki Şurasının elmi katibidir. BDU-nun nəzdində fəaliyyət göstərən FD.02.016 Dissertasiya Şurasının və Lənkəran Dövlət Universitetinin Xəbərləri jurnalının təbiət elmləri seriyasının redaksiya heyətinin üzvüdür.
Kafedrada 2 professor, 2 dosent, 1 baş müəllim və 1 baş laborant çalışır.
Kafedranın ştat cədvəli:
1. Kafedra müdiri - R.e.d., prof. Tağıyev Rafiq Qələndər oğlu
2. F.-r.e.n., dos. Həşimov Sadıq Akif oğlu
3. İ.e.n., dos. Əfəndiyeva (Sadıqova) Aytəkin Telman qızı
4. F.-r.e.n., b/m Əhmədov Fəxrəddin Şamil oğlu
2018-2020-ci illər üçün kafedrada Elmi istiqamət
Qeyri-xətti sistemlərin optimal identifikasiyası
Kafedrada son illərdə çap olunmuş dərslik və proqramlar
A.D.İsgəndərov, Q.Y.Yaqubov, R.Q.Tağıyev. Optimallaşdırma üsulları (1993,2002) dərslik Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər (1990), İdarəetmə nəzəriyyəsinin hesablama üsulları (1989) elmi tematik məcmuələri. Kafedranın 20 illiyi ilə əlaqədar Riyazi modelləşdirmənin və optimal idarəetmənin problemləri elmi-tematik məcmuə (2001), Y.H.Həsənli. Qarşılıqlı borc probleminin iqtisadi-riyazi təhlili və həlli yolları (2001) monoqrafiya, Q.İmanov,Y.Həsənli. Azərbaycanın sosial-iqtisadi inkişafının modelləri makroiqtisadi təhlil (2001), Y.H.Həsənli, R.T.Həsənov İqtisadi tədqiqatlarda riyazi üsulların tətbiqi (2002) dərs vəsaiti, S.A.Həşimov Optimallaşdırma üsulları (2008) Tədris-metodik vəsait, A.D.İsgəndərov, Y.H.Həsənli, A.T.Sadıqova. Optimallaşdırma üsullarının iqtisadi məsələlərə tətbiqi (2012) dərs vəsaiti, A.D.İsgəndərov, S.A.Həşimov, R.Q.Tağıyev İdarəetmə sistemləri (2013) dərs vəsaiti. A.D.İsgəndərov, R.Q.Tağıyev, S.A.Həşimov Optimallaşdırma üsulları məsələ və misallarla (2016) dərs vəsaiti. Bakalavr pilləsi üzrə 5 proqram (2017)
Tədris olunan əsas fənlər:
Bakalavr pilləsi üzrə :
Optimallaşdırma üsulları, Optimallaşdırma və idarəetmənin riyazi əsasları, Optimal idarəetmənin ədədi üsulları və tətbiqləri, İdarəetmə sistemləri, Diskret optimallaşdırma.
Magistratura pilləsi üzrə:
Qabarıq analiz və qabarıq proqramlaşdırma, Qeyri-hamar proqramlaşdırma, Dinamik idarəetmə prosesləri, Variasiya hesabı və idarəetmə prosesləri, Qeyri-müəyyənlik şəraitində idarəetmə nəzəriyyəsinin elementləri, Funksional fəzalarda optimal idarəetmə məsələləri və onların tətbiqləri,Paylanmış parametrli optimal idarəetmə prosesləri, İdentifikasiya nəzəriyyəsi, Optimallaşdırma məsələlərinin proqram təminatı, Optimal idarəetmənin ədədi üsulları, Diskret optimallaşdırma, Dinamik iqtisadi sistemlərin optimal idarə olunması, İqtisadi proseslərin riyazi modellərinin əsasları, Riyazi iqtisadi modellərin optimal identifikasiyası, Ekspert sistemlər və TPP, Çoxkriteriyalı optimal iqtisadi prosesləri, Optimal iqtisadi artım nəzəriyyəsi, Qeyri-səlis analizin sosial iqtisadi sistemlərə tətbiqi, Qeri-müəyyənlik şəraitində sosial-iqtisadi sistemlərin idarə olunması, Sosial iqtisadi inkişaf nəzəriyyəsinin əsasları, İqtisadi təhlilin proqram təminatı, Dünya iqtisadiyyatının dinamikası, Riyazi proqramlaşdırma və riyazi iqtisadi təhlil, Avtomatlaşdırılmış idarəetmə sistemləri, İdarəetmə məsələlərində optimallaşdırma məsələləri, İdarəetmə sistemləri fənləri tədris olunur.
Kafedranın beynəlxalq əlaqələri:
Kafedra MDB, Almaniya, İtaliya, Çexiya Universitetləri ilə də əməkdaşlıq edir. Bu istiqamətdə xüsusilə Moskva, Novosibirsk, Lvov, Sərbəst Berlin və Münxen Texnoloji Universitetlərini göstərmək olar.