Paralel proqramlaşdırma
Kursun məqsədi. Kursun məqsədi riyazi modellərin, metodların və texnologiyaların çoxprosessorlu hesablama sistemləri üçün paralel proqramlaşdırma sahəsində işlərin müvəffəqiyyətli başlanğıcı üçün kifayət edəcək həcmdə biliklərin verilməsindən ibarətdir.
Bu kurs nə verir. Kursda verilən bilik və bacarıqlar toplusu mürəkkəb proqramların hazırlaması üsulları üçün nəzəri əsas təşkil edir. Bu kursa daxil olan mövzular: verilənlərin paralel emal edilməsinin məqsəd və məsələləri, paralel hesablama sistemlərinin qurulması prinsipləri, paralel hesablamaların modelləşdirmə və analizi prinsipləri, paralel alqoritm və proqramların yaradılması prinsipləri, paralel proqramların yaradılması sistemləri, hesablama riyaziyyatın tipik məsələlərinin həlli üçün paralel ədədi alqoritmlərin yaradılması .
Kursun praktiki tətbiqi. Hazırkı dövrdə birnüvəli prosessorlar çoxnüvəli prosessorlar ilə dəyişdirilir və paralel proqramları yaratmaq bacarığı ön plana çıxır. Bu kurs paralel proqramların hazırlamasının praktik bacarıqları haqqında anlayış verəcək və gələcəkdə tələbələrə bu sahədə işləməyə kömək edəcəkdir.