Pul, kredit və banklar
Fənnin əsas məqsədi— pulun yaranması, funksiyaları, iqtisadi münasibətlərdə onun rolu, həyata keçirilən pul-kredit siyasətinin əsas istiqamətlərinin, kredit orqanlarının qarşısında duran başlıja vəzifələrin və iqtisadiyyatın inkişafında onların rolunun tələbələrə çatdırılmasından ibarətdir. Bank-pul vəsaitinin (sərbəstləşdirilmiş) ayrı-ayrı hüquqi və fiziki şəxslərdən cəlb edib onu ayrı-ayrı ehtiyacı olan hüquqi və fiziki şəxslərə istifadəyə verməklə məşğul olan hüquqi şəxsdir. Pul tədavülünün tənzimlənməsi, yəni tədavül üçün zəruri olan pulun miqdarının müəyyən edilməsi bankların qarşısında duran başlıca vəzifədir.
Fənnin qiymətləndirmə metodu-yazılı,test,şifahi ola bilər