www.applmath.az

Home az | ru | en

Riyazi analiz

Fənnin məqsədi – diferensial və inteqral hesabının əsas üsulları ilə tanışlıqdır.
Fənnin əsas obyekti- texnikada, iqtisadiyyatda (xüsusən maliyyə sahəsində), istehsalatda, sosial münasibətlərdə baş verən müxtəlif proseslərin təsvirində istifadə olunan kəmiyyətlər arasındakı asılılığı öyrənməkdir. Bundan əlavə, riyazi analiz digər riyazi kursların təlimində əsas rol oynamaqla yanaşı, riyazi olmayan fənlərin də tədrisini şərh etmək üçün zəruri riyazi aparatı verir.
Kursu tədris etmək üçün iki semestr ərzində 165 tədris saatı ayrılır ki, bunlardan 90 saatı mühazirə, 75 saatı isə praktiki məşğələlər üçün nəzərdə tutulur. Kurs formal olaraq iki böldmədən ibarətdir: riyazi analiz-1 (analizə giriş, birdəyişənli funksiyaların diferensial hesabı, qeyri müəyyən inteqral); riyazi analiz-2 (müəyyən inteqral, qeyri məxsusi inteqrallar, ədədi və funksional sıralar, çoxdəyişənli funksiyaların limiti və kəsilməzliyi, çoxdəyişənli funksiyanın diferensial hesabı).

Bookmark and Share