Riyazi fizika tənlikləri
Riyazi fizika tənlikləri fənni ən vacib və böyük həcmli fənlərdən biridir. Bu fənn riyazi analiz, diferensial tənliklər, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi və s. fənlərin bazasında tədris olunur. Fənnin məqsədi riyazi fizikanın klassik tənlikləri üçün əsas məsələlərin tədqiqini və həll üsullarını tələbələrə aşılamaqdan ibarətdir. Bu kursu bitirən tələbələr məsələlərin fiziki mənasını yaxşı bilməli və onların həll üsullarını yaxşı mənimsəməlidirlər. Mühazirə dərsləri ilə yanaşı məşğələ dərsləri də keçilir ki, burada məqsəd tələbələrə riyazi fizika tənlikləri üçün konkret məsələlərin qoyuluşunu və həll üsullarını öyrətməkdən ibarətdir.
Fənnin qiymətləndirmə metodu-yazılı, test və şifahi ola bilər.