www.applmath.az

Home az | ru | en

Riyazi modelləşdirmə

Riyazi modelləşdirmə real mövcud olan prosesin və ya sistemin fəaliyyətinin tədqiqində mühüm bir mərhələ olduğundan ayrıca bir fənn kimi tədris olunur. Riyazi modelləşdirmənin bir metodologiya kimi əsas mahiyyəti real obyektiv məqsəddən asılı olaraq onun  mücərrəd obrazı ilə əvəz olunmasından  ibarətdir. Odur ki, tədris prosesində riyazi model və riyazi modelləşdirmə kimi baza anlayışları verilir, riyazi modelləşdirmənin məqsəd və mərhələləri açıqlanır. Eyni zamanda riyazi modellərin, həmçinin iqtisadi –riyazi modellərin təsnifatı şərh olunur.
Mühazirələrdə konkret olaraq istehsalın balans modeli, xətti optimallaşdırma, nəqliyyat, dinamik proqramlaşdırma, oyun və s. bu kimi modellərə baxılır. İqtisadi məsələlərin öyrənilməsində statistik yanaşmanın tətbiqi ilə reqressiya modelləri, Monte-Karlo üsulu, interpolyasiya üsulu və s. üsullar verilir.
Konkret misallar üzərində baxılan modellərin və üsulların geniş təhlili fənnin tələbələr tərəfindən mükəmməl şəkildə mənimsənilməsinə imkan yaradır. Biliyin qiymətləndirilməsi isə yoxlama yazıların, test tapşırıqların verilməsi və şifahi sorğu şəklində aparılır.

Bookmark and Share