Stoxastik analiz və riyazi modelləşmə
Stoxastik analiz və riyazi modelləşdirmə fənnində təsadüfi funksiyalar nəzəriyyəsinin əsas məsələləri öyrənilir. Təsadüfi funksiyaların analitik xassələrini öyrənməklə yanaşı bu fənnin əsas istiqamətlərindən biri təsadüfi proseslərin modelləşdirilməsi ilə bağlıdır. Çox praktiki əhəmiyyətə malik təsadüfi proseslərin (Viner, Puasson, sadə sel və s.) köməyi ilə qurulan riyazi – statistik modellərin öyrənilmə metodları bu fənnin əsasını təşkil edir.
Fənnin praktiki əhəmiyyəti tətbiqi məsələlərlə bağlı ehtimal-statistik modellərin öyrənilməsi ilə müəyyənləşir.
Fənnin qiymətləndirmə metodu şifahi sorğular və fərdi işlərin aparılması ilə həyata keçirilir.