www.applmath.az

Home az | ru | en

Təhsildə İKT

Kursun məqsədi. Bu kurs  gələcək informatika müəllimlərində təhsildə informasiya və komunikasiya texnologiyaları (İKT) vasitələrinin istifadəsi sahəsində bilik və bacarıqları sistemini formalaşdırmağa kömək edir. Kursun  bu əhəmiyyətli məqsədi müasir cəmiyyətin bilik və yüksək effektivli texnologiyalar əsasında inkişaf strategiyası ilə bağlıdır.

Bu kurs nə verir. Kurs  tələbələrin gələcək peşəkar pedaqoji fəaliyyətlərində müasir informasiya və kompyuter texnologiyalarının imkanlarından istifadə sahəsində hazırlığını nəzərdə tutur. Bu kurs praktiki xarakter daşıyır və bu sahədə tədqiqatların aparılması üçün yeni üsulların inkişafına imkan yaradır. Kurs  tələbələri Azərbaycanda Təhsilin İnformasiyalaşdırılması strategiyası, şagirdlərin idrak fəaliyyətinin aktivləşməsində İKT-in imkanları və metodları, effektiv qiymətləndirmə metodları və strategiyaları və şagirdlərin idrak fəaliyyətinin aktivləşməsi vasitəsi kimi tədris layihələri metodları ilə tanış edəcəkdir.

Kursun  praktiki tətbiqi. Bu kurs  gələcək pedaqoqlara təhsildə İKT vasitələrinin effektiv tətbiqi ilə bağlı əsas pedaqoji məsələləri həll etməyə və tədris prosesində İKT vasitələrini tətbiq etməyə imkan verəcəkdir.

Bookmark and Share