www.applmath.az

Home az | ru | en

Translyasiya üsulları

Kursun məqsədi. Tələbələri proqramlaşdırma dillərinin sintaksisi, semantikası və təsvirin formal üsulları ilə tanış etməkdir. Tələbələr translyasiya metodlarını və əsas mərhələlərini öyrənəcəklər.

Bu kurs nə verir. Kurs proqramlaşdırma dillərinin əsas xüsusiyyətlərini (həm dilin özünü, həm də translyatoru) və bu dildə yazılmış proqramların icrası xüsusiyyətlərini başa düşməyə imkan verir. Kurs tələbələrə sadə proqramlaşdırma dili üçün translyatorun hazırlaması üçün kifayət edəcək bilik və mürəkkəb alqoritmlərin və verilənlər strukturlarının hazırlanması bacarıqlarını almağa imkan verəcəkdir.

Kursun  praktiki tətbiqi. Hesablama riyaziyyatı və ya digər informasiya sistemləri sahələrində istənilən proqrama kompilyasiya tələb olunduğu üçün bu proseslər və onların xüsusiyyətləri haqqında biliklər effektiv tətbiqi proqram sistemləri yaratmağa imkan verəcəkdir. Bütün müasir sistemlər müxtəlif səviyyəli dialoq komponentlərinə malik olduğundan, kompilyasiya metodları haqqında biliklər belə komponentləri yaratmağa imkan verəcəkdir.

Bookmark and Share