Tətbiqi məsələlərin həlli
Kursun məqsədi. Tətbiqi məsələlərin həlli fənninin tədrisində məqsəd tələbələrə OFFİCE proqramlarından olan Excel-i və Matlab paketini öyrətməkdən ibarətdir. Fənnin tədrisi zamanı tələbələr riyaziyyatın bütün sahələrini əhatə edən məsələlərin Excel-də və Matlab-da həll yollarını öyrənirlər. Tələbələrin məşğələ dərslərində əldə etdikləri biliklər gələcəkdə riyazi məsələlərin Excel-də və Matlab-da asanlıqla həll olunmasına şərait yaradacaq.