Tətbiqi riyaziyyat kafedrası
Kafedranın tarixi:
"Tətbiqi riyaziyyat" kafedrası 1972-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin göstərişi ilə və Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının qərarı ilə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinin bazasında yaradılmışdır. Kafedranın ilk əməkdaşları Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) həqiqi üzvü, f.r.e.d., professor M.G.Qasımov, dosent M.A.Vəliyev, baş müəllim S.R.İbrahimov və assistent K.S.Məmmədov, maddi texniki bazası isə hesablama laboratoriyası və SM-4 elektron hesablama maşınından ibarət olmuşdur.
1972-2008-ci illərdə kafedraya AMEA-nın həqiqi üzvü, f.r.e.d., professor M.G.Qasımov rəhbərlik etmişdir. Hal-hazırda kafedrada 5 professor, 4 dosent, 1 müəllim, 2 baş laborant çalışır. Kafedra müdiri F.r.e.d., prof. Orucov Həmzağa Davud oğludur.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 12 iyul 2017-ci il tarixli (protokol № 14- R) tərəfindən Elşad Hətəm oğlu Eyvazova elmlər doktoru elmi dərəcəsi verilmişdir. ED № 01833. Kafedranın Azərbaycan Respublikasının Prezidenti yaninda Ali Attestasiya komissiyasının 13 sentyabr 2017-ci il tarixli (protokol Ⅶ 22-K) qərarı ilə f.r.e.n. Abbas Əli oğlu Mehdiyevə tətbiqi riyaziyyat kafedrası üzrə dosent elmi adı verilmişdir. DS №05905.
Müəllimlər:
- F.r.e.d., prof. Orucov Həmzəağa Davud o.
- F.r.e.d., prof. Hüseynov Hidayət Məhəmməd o.
- R.e.d., prof. Eyvazov Elşad Hətəm o.
- F.r.e.d., prof. Nəbiyev İbrahim Mail o.
- F.r.e.d., prof. Xanməmmədov Aqil Xanməmməd o.
- F.r.e.n., dos. Qəhrəmanov Adil Şamil o.
- F.r.e.n., dos. Həsənov Feyruz Misir o.
- F.r.e.n., dos. Mustafayeva Yelena Yumiddin q
- F.r.e.n., dos. Mehdiyev Abbas Əli o.
- R.ü.f.d., m. Masmalıyev Hacı
Təhsil: Hal-hazırda kafedrada doqquz magistr təhsil alır.
Elmi iş:
- Diferensial operatorların spektral təhlilinin düz və tərs məsələləri.
- Operator diferensial tənliklər və onlarla bağlı spektral məsələlər.
- Riyazi fizika məsələlərinin təqribi həll üsulları və onların yığılma məsələləri.
- Kafedranın professoru, f.r.e.d. H.D.Orucov İnternational scientific conference of YOUNG RESEARCHERS –dedicated to the 94-th Anniversary of the National leader of Azerbaijan, Heydar Aliyev, 05-06 may 2017-ci il Bakıda Mühəndislik Universitetində kecirilmiş Beynəlxalq konfransın təşkilat komitəsində redaksiya heyətinin üzvü olmuş, 2017-ci ildə BDU-da Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin nəzdində keçirilən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 94 illiyinə həsr olunmuş «Riyaziyyatın tətbiqi problemləri» elmi konfransının təşkilat komitəsinin üzvü olmuşdur.
- Tətbiqi riyaziyyat kafedrası üzrə 2016-2017-ci illərdə 94 elmi iş çapdan çıxmışdır. Bunlardan 1- monoqrafiya, 1- proqram, 15-İmpakt-faktorda çap olunan məqalə, 30-tezis və konfrans materialları.
Bakalavr pilləsində Tədris olunan fənlər
1.Xətti xəbr
2.Analitik həndəsə
3.Riyazi analiz
4.Kompleks analiz
5.Tətbiqi funksional analiz
Magistr pilləsində Tədris olunan fənlər
1. Биоинформатика
2. Matlab proqramları vasitəsilə diferenrsial tənliklər ücün məsələ həlli
3. İqtisadi məsələlərin riyazi həll üsullari
4.Təbiətşünaslığın tətbiqi məsələləri
5.Statistik üsullar
Kafedrada son illərdə çap olunmuş dərslik və proqramlar
1..H.D.Orucov. Analitik həndəsə, dərs vəsaiti, Qafqaz uuniversiteti nəşriyyatı, Baki-2013. 215 с.
2. Xanməmmədov A.X. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsinin elementləri. dərs vəsziti.BDU, Bakı-2013. 119s.
3.Orucov H.D. Xətti cəbr. dərs vəsaiti, Qafqaz universiteti nəşriyyatı, Baki-2014. 222 s.
4.E.H.Eyvazov “Дифференциальные Операторы Квантовой Механики.О спектральных свойствах некоторых операторов.” Monoqrafiya. Almaniya. Düsseldorf. 2017. 289 стр.
5.Mustafayeva Y.Y Program on Numerical methods, Proqram. Pub.house of Baku State University, Baku, 2017.
6.Elşad Eyvazov “Riyazi analiz-3”Həqiqi və kompleks dəyişənli funksiyalar nəzəriyyəsi. Mühazirələr və çalişmalar. Bakı.Araz. 2018.
Beynəlxalq əlaqələr:
Kafedra AMEA -nın Riyaziyyat və mexanika institutu, Kibernetika institutu, MDU, Rusiya EA-nın Steklov adına riyaziyyat institutu, Ukrayna MEA-nın riyaziyyat institutu, Türkiyənin Koniya, Selcuq, Sivaş, Mersin, S.Dəmirəl universitetləri, Novosibirsk DU, Rusiya EA-nın Sibir şöbəsi (Novosibirsk), Moskva Energetika institutu, Almaniyanın Leypsik universiteti, Amerikanın San-Fransisko universiteti kımı tanınmış elmi müəssisələr və onlarda çalışan görkəmli alimlərilə elmi əməkdaşlıq əlaqələri saxlayır.