www.applmath.az

Home az | ru | en

Verilənlər bazası

Kursun məqsədi. Tələbələri məlumat bazalarının əsasları və verilənlər bazalarının idarə sistemləri (VBİS)  ilə tanış etməkdir. Kursun  öyrənilməsi nəticəsində tələbələr məlumat bazalarının inkişafında yeni istiqamətlər haqqında, məlumat bazalarının qorunmasında və məlumat bazalarına edilən tipik hücumlar haqqında ilkin anlayışlar əldə etməlidirlər.

Bu kurs nə verir. Məlumat bazaları yaratmaq və idarə etmək, məlumat bazaları ilə iş üçün tətbiqi proqram təminatı hazırlamaq, məlumat modellərini yaratmaq, internetdən istifadə etməklə məlumat bazalarına girişi təşkil etmək və s.

Kursun  praktiki tətbiqi. Hal-hazırda, praktiki olaraq, istənilən böyük proqram sistemi məlumat bazası istifadə etmədən keçinə bilmir. Tələbələrin bu kursda  almalı olduğu biliklər fakultə məzunlarının gələcək praktiki fəaliyyətlərində ən tələb olunan biliklərindəndir.

Bookmark and Share