16-cı Beynəlxalq Ekonometrika, əməliyyatlar tədqiqi və statistika Simpoziumu keçirilib
19/05/2015Iqtisadi kibernetika kafedrasının müdiri, dos. t.e.n. Mirzəyev F.Ə. 16-cı Beynəlxalq Ekonometrika, əməliyyatlar tədqiqi və statistika Simpoziumunda iştirak etmək üçün 06.05.2015-ci il tarixdən – 13.05.2015-ci il tarixinədək Türkiyə Respublikasının Edirnə şəhərinə Trakya Universitetinə ezam olunmuşdur. Bu simpoziumda optimallaşdırma və idarəetmə kafedrasının professoru, i.e.d. Y. H. Həsənli də iştirak etmişdir. Onlar, Beynəlxalq Simpoziumda iştirak etdiyi müddət ərzində plenar iclaslarda, bölmə iclaslarında, müxtəlif disbutlarda iştirak etmiş və təqdim etdikləri mövzu üzrə çıxış etmişlər. (Effects of Foreign Trade on Grouth: A Case of the Azerbajcan – Xarici ticarətin iqtisadı artıma təsiri: Azərbaycan timsalında, Econometric Evaluation of the Impact of Solar Activity on Demographic and Economic Indicators – Günəş aktivliyinin demoqrafik və iqtisadı göstəricilərə təsirinin ekonometrik qiymətləndirilməsin). Trakya Universitetində ekonometrika və statistika bölümündə olan yeniliklərlə tanış olmuş, dərs prosesində iştirak etmiş və gələcək ikitərəfli əməkdaşlıq barədə danışıqlar aparmışlar. Bu simpoziumun 2018-ci ildə Azərbaycanda keçirilməsi ilə baglı təşkilat komitəsinin çoxsaylı suallarına cavab vermişlər.