www.applmath.az

Home az | ru | en

2010-2011-ci tədris ilində universitetdaxili “50+50” qrant müsabiqəsi

01/04/2010

BDU-nun rektoru akademik A.M.Məhərrəmovun 09.06.2009-cu il tarixli R-48 saylı əmrilə təsis edilmiş universitetdaxili “50+50” qrant proqramının 1 oktyabr 2010-30 iyun 2011-ci il tarixlərini əhatə edən yeni mərhələsini açıq elan edir.
Müsabiqədə iştirak etmək üçün təqdimat sənədlərinin formaları BDU-nun elektron saytından əldə etmək olar (www.bsu.edu.az). Təqdimat sənədləri 1 mart 2010-cu ildən 30 aprel 2010-cu il tarixinədək fakültə və institutların müvafiq müsabiqə komissiyalarına təqdim edilməlidir.   
Fakültə və institutların müsabiqə komissiyalarının qərarları və seçilmiş qrant layihələri 30 may 2010-cu il tarixinədək universitet komissiyasına təqdim edilməlidir.
2009-2010-cu illərdə universitetdaxili “50+50” qrant proqramının qalibləri yeni müsabiqədə iştirak edə bilməzlər.
Universitetdaxili “50+50” qrant proqramı çərçivəsində alınmış nəticələrdə (məqalə, monoqrafiya, kitab, tezis və s.) bu qrant proqramına istinad edilməlidir.
Müsabiqədə aşağıdakı istiqamətlər üzrə layihələrə üstünlük veriləcək:
1.    Nanotexnologiyalar
2.    Alternativ enerji mənbələri
3.    Molekulyar biologiya, bioinformatika, mikrobiologiya
4.    Türkşünaslıq
5.    Folklorşünaslıq
6.    Sosioloji tədqiqatlar:
- Azərbaycan Respublikasının əmək bazarı və yeni ixtisaslar üzrə mütəxəssis  
hazırlığında ali məktəblərin rolu;
- Bolonya sistemi və ali məktəblərin təhsil proqramında (kurrikulumda)
islahatlar
7.    Nəticələrin Tomson Röyters Agentliyi tərəfindən indekslənən jurnallarda nəşrini nəzərdə tutan ictimai və humanitar elmlərin bütün sahələri üzrə layihələr (professor-müəllim heyətının,, əməkdaşlar)

Bookmark and Share