www.applmath.az

Home az | ru | en

27 Mart - Azərbaycan Respublikasında “Elm Günü”nə həsr olunmuş silsilə tədbirlər davam edir.

20/03/2022

27 Mart - Azərbaycan Respublikasında “Elm Günü”nə həsr olunmuş silsilə tədbirlər davam edir. Martın 17-də Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Riyazi fizika tənlikləri kafedrasınin dosenti, fizika-riyaziyyat elmləri namizədi Zakir Xankişiyev “Kamertonun rəqs tənliyi üçün bir məsələnin həlli” mövzusunda ustad dərsi keçib.

Zakir Xankişiyev tələbələrə kamertonun rəqs tənliyi, dörd  tərtibli xüsusi törəməli diferensial tənlik üçün məsələnin həllinə Furyenin dəyişənlərinə ayırma üsulunun tətbiqi haqqında məlumat verib. Sonra bu və ya digər məsələnin həllinə Furyenin dəyişənlərinə ayırma üsulunun tətbiqi nəticəsində, məxsusi ədədlər haqqında  bir məsələni və bir diferensial tənliyi həll etmək lazım gəldiyini qeyd edib. Kamertonun rəqs tənliyi üçün bu məsələlərin həlli, xüsusən məxsusi ədədlər haqqında məsələnin həlli, olduqca maraqlı və cəlbedici olduğunu qeyd edən mühazirəçi, baxılan məsələnin həllinə sonlu fərqlər üsulunun tətbiqi, məsələni yüksək tərtibdən approksimasiya edən fərq məsələsinin qurulması və qurulmuş fərq məsələsinin həll alqoritmi və tətbiqlərinə dair ətraflı məlumat verdi.

Ustad dərsi tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib.

 

Bookmark and Share