www.applmath.az

Home az | ru | en

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

31/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Kimya, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirlinin moderatorluğu ilə baş tutan tədbir dövlət himninin səsləndirilməsi, soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.  Tədbirdə Tarix fakültəsinin AzərbaycanTarixi kafedrasının (Hum.fak.üzrə), dosenti Boran Əzizli “Mart soyqrımı: həyata keşirilmə üsulları, səbəbləri və nəticələri” mövzusnda məruzə etmişdir. O bildirmişdir ki, hər ilin bu vaxtlarında xalqımız Mart soyqırımının ildönümünü müxtəlif idarə və müəssisələrdə,təhsil ocaqlarında geniş qeyd edir.Bu zəruridirmi sualına birmənalı şəkildə bəli deyirik. Məlumdur ki, hazırda  dünyada 4500-5000-ə yaxın xalq yaşayır. Onlardan yalnız 196-nın müstəqil dövləti var. Bunlardan biri də təsadüfən yaranmayan, kiminsə bizə hədiyyəsi olmayan Azərbaycan dövlətidir. Dövlətimiz aparılan ağır,məşəqqətli mübarizədən,çoxsaylı dəhşətli qurbanlardan sonra yaranmışdır. Hər il xalqımıza qarşı həyata keçirilən soyqırımların qeyd edilməsinin elmi,tərbiyəvi və siyasi əhəmiyyəti var.Belə tədbirlər insanlarımızın vətənpərvərlik tərbiyəsinin düzgün formalaşması və istiqamətləndirilməsi baxımından da vacibdir. Tarixi təcrübə və müqayisəli elmi təhlillər göstərir ki,dövlətin gücü, digər amillərlə yanaşı, onun vətəndaşlarının şüurluluq səviyyəsinin yüksəkliyi, dövlətinə, millətinə bağlılığı, sədaqəti,sevgisi ilə əlaqəlidir.Hər il belə soyqırımların qeyd edilməsi nəticəsində vətəndaşlarımız dövlətimizin nə qədər böyük qurbanlardan sonra yarandığını aydın dərk edərək ona daha çox bağlanır,bunu qiymətləndirir,bu dövlətin bir fərdi, vətəndaşı olması ilə fəxr etməyə başlayır.Bu səbəblərdən hər il belə tədbirlərin geniş qeyd edilməsinin vacibliyi heç kəsdə şübhə doğurmamalıdır.44 günlük Vətən müharibəsindəki qələbədən sonra Mart soyqırımının geniş qeyd edilməsinin xüsusi əhəmiyyəti vardır. Mart soyqırımına aid arxiv materiallarının,araşdırmaların,hadisələrin şahidlərinin müqayisəli, obyektiv, tənqidi təhlili göstərir ki, bu soyqırım təsadüfən, bəzi başıpozuq silahlı dəstələrin, irticaçı rus-erməni millətçi qüvvələrin impulsiv hərəkətlərinin nəticəsi olmayıb,ciddi şəkildə düşünülmüş,  işlənib hazırlanmış hərbi əməliyyatların nəticəsində baş vermiş bəşəri bir cinayətdir.Təhlillər göstərir ki, soyqırımın təşkilatçısı Sovet Rusiyası, Lenin başda olmaqla Rusiya XKS-i olmuşdur. Onların  əsas məqsədi müstəqilliyimizə mane olmaq,Vətənimizi soyqırımdan əvvəlki illərdəki kimi Rusiyanın daxili quberniyasına,Bakını isə adi rus şəhərlərindən birinə çevirmək idi. Ümumiyyətlə,bu siyasət Rusiyanın Şərq, türk-müsəlman dünyasına qarşı yeritdiyi siyasətin tərkib hissəsi olmuşdur.Soyqırımın icraçıları burada olan rus əsgərləri ilə yanaşı erməni hərbi hissələri, ”Daşnaksütyun”partiyası və erməni qriqoryan kilsəsi olmuşdur.Ermənilərin məqsədi xalqımızı qırıb məhv etdikdən sonra onlara məxsus olan torpaqlara sahib olmaq, bu ərazilərdə özlərinə dövlət yaratmaqdan ibarət idi. Soyqırımın daha geniş araşdırılması və təbliğində mərhum Prezident H.Əliyevin 26 mart 1998-ci ildə verdiyi fərmanın xüsusi əhəmiyyəti vardır. Vətənimizin azadlığı,müstəqilliyimiz uğrunda qurban getmiş dəyərli insanlarımızın xatirəsini ehtiramla yad edərkən vacib məsələlərdən biri bu hadisələrdən ibrət dərsi götürməyimizdir. Tədbirdə Kimya fakültəsinin dekan müavini Taleh Qəhramanov, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini Şamo Cəbrayılov bildirdi ki, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsi, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addımdır. Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr olunan videoçarx nümayiş olunub, məruzəçi tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bookmark and Share