www.applmath.az

Home az | ru | en

31 Mart - Azərbaycanlıların Soyqrımı Gününün 104-cü il dönümünə həsr olunmuş tədbir keçirildi.

31/03/2022

31.03.2022-ci il tarixində Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 31 Mart - Azərbaycanlıların Soyqrımı Gününün 104-cü il dönümünə həsr olunmuş faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir 31 Mart - Soyqrımı Qurbanlarının və bütün Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini Şamo Cəbrayılov ermənilərin əsrlər boyunca xalqımıza qarşı törətdikləri faciəli hadisələr barədə çıxış etmişdir. Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Abbasova Röya 31 Mart -Azərbaycanlıların Soyqrımı barədə məlumat verdi. Ardınca Tətbiqi riyaziyyat və kibernetika fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Toğrul Məlikzadə Ümumilli Lider Heydər Əliyev tərəfindən 1998-ci ildə imzaladığı "Azərbaycanlıların Soyqrımı Haqqında" Fərmanın əhəmiyyətli rolu haqqında çıxış etmişdir. Tədbir Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini Şamo Cəbrayılovun çıxışı ilə yekunlaşmışdır.

Bookmark and Share