www.applmath.az

Home az | ru | en

5-ci Fuzzy Sistemlər Simpoziumu – Ankara

30/11/2017

5-ci Fuzzy Sistemlər Simpoziumu – Ankara

İqtisadi kibernetika kafedrasının müdiri, dosent F.Ə.Mirzəyev və kafedranın 0,5 ştat əvəzçiliklə dosenti R.Y.Şıxlinskaya 2017-ci ilin oktyabrında Ankara şəhərində TOBB Ekonometrika və Texnologiya Universitetində keçirilən 5-ci Beynəlxalq Fuzzy Sistemlər Simpoziumunda iştirak etmişlər. Onlar konfransın bölmə iclasında çıxış etmiş, Universitetin elmi və tədris işləri ilə tanış olmuşlar, dəyirmi stol ətrafında Türkiyə riyaziyyatçılar dərnəyi rəhbəri professor Ömer Akınla və TOBB Ekonometrika və Texnologiya Universitetinin Sənaye mühəndisliyi kafedrasının müdiri professor Tahir Haneli oğlu ilə gələcək əməjkdaşlıq barədə müzakirələr aparmışlar. Universitetin bəzi bölümlərində bakalavr, magistratura və doktorantura pillələrində təhsil prosesi ilə yaxından tanış olmuş, magistr və doktorantların çıxış etdikləri seminarlarda iştirak etmişlər.



Bookmark and Share