www.applmath.az

Home az | ru | en

Riyazi kibernetika kafedrasının elmi seminarı keçirilmişdir.

22/12/2022

19 dekabr 2022 tarixində BDU Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi kibernetika kafedrasının elmi seminarı keçirilmişdir.

Seminarda kafedranın dosenti r.ü.f.d. Əhmədova Jalə Bilal qızı “Kəsr tərtibli adi diferensial tənliklərin bəzi xassələri haqqında” mövzusunda məruzə ilə çıxış etmişdir.

J.B.Əhmədovanın apardığı tədqiqat işində Kaputo mənada kəsr tərtib törəməli tənliklər sistemi ilə təsvir olunan idarə məsələsində optimallıq üçün şərtin alınmasına baxılmışdır. Funksionalın xətti və çoxnöqtəli olan hallarda optimallıq üçün zəruri və kafi şərtlərin  alınması məsələ nəzərdən keçirilmişdir. Tənliklərin həllərinin göstəriliş düsturlarından istifadə edilməklə funksionalın artım düsturu hesablanmış və optimallıq üçün zəruri şərt alınmışdır.

Seminarın sonunda kafedranın  əməkdaşları J.B.Əhmədovaya mövzu ilə bağlı bəzi suallar vermiş, məruzəçi o suallara hərtərəfli cavab vermişdir.

İştirak etmişdir: 11 nəfər: 2 professor, 4 dosent, 1 müəllim, 3 magistrant, 1 laborant.

Bookmark and Share