www.applmath.az

Home az | ru | en

Tələbə Elmi Cəmiyyətinin (T.E.C) nəzdində yeni bir diskussiya klubu fəaliyyət göstərir

20/04/2015

Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (T.E.C) nəzdində yeni bir diskussiya klubu fəaliyyət göstərir. Klubun adı "Müasir Düşüncə Diskussiya Klubu"dur. Klubun təsisçisi və sədri Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin  III kurs tələbəsi Zaur Abduldur. Klub həftədə iki dəfə olmqla BDU tələbələri və eyni zamanda digər universitet tələbələri üçün silsilə təlimlər, treninqlər, master-classlar və seminarlar təşkil edir. Belə seminarlardan biri də aprel ayının 10-u "Milli kimlik və Milli özünüdərk" adı altında baş tutdu. Seminarı giriş sözü ilə açan Zaur Abdul BİZ KİMİK? sualına aydınlıq gətirməyə çalışdı. Daha sonra klubun bu dəfəki qonağı, Bakı Dövlət Universiteti Tarix fakültəsinin dosenti Atamoğlan Məmmədli çıxış edərək dünya xalqları, o cümlədən türk xalqları, müstaqil türk dövlətləri və türk mədəniyyəti haqqında  geniş məlumat verdi. Klub üzvlərinin fəal iştirakı ilə davam edən seminar sonda Türk xalqlarını əks etdirən videoçarx və slaydlarla yekunlaşdı. Zaur Abdulun dediyinə görə belə silsilə seminarlar may ayına, imtahan sessiyası başlayana qədər davam edəcək.



Bookmark and Share