www.applmath.az

Home az | ru | en

“Ulu Öndər Heydər Əliyevin İrsi Milli Sərvətimizdir” mövzusunda tədbir keçirilmişdir.

17/03/2023

Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 15 mart 2023-cü il tarixində “Ulu Öndər Heydər Əliyevin İrsi Milli Sərvətimizdir” mövzusunda tədbir keçirilmişdir. Tətbiri giriş sözü ilə dekan müavini Şamo Cəbrayılov açmışdır. “İnformatika” kafedrasının müdiri Mübariz Xəlilov mövzu ətrafında geniş çıxış etmişdir.

“Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalq arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyev müasir dunya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli iris tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bird aha şahidi oluruq. Intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlanmış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layıq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qetiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.”

Tətbiri sonunda I kurs tələbəsi İskəndər Məmmədov Ulu Öndərə həsr edilmiş şeir səsləndirmişdir.

 

Bookmark and Share