www.applmath.az

Home az | ru | en

Akademik Abel Məhərrəmov İspaniyanın Fransisko de Vitoriya Universitetində çıxış edib

08/11/2018

İspaniyanın Madrid şəhərində “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları Fransisko de Vitoriya Universitetində olublar.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov universitetin müəllim-tələbə heyəti qarşısında çıxış edərək bildirib ki, bu beynəlxalq konfransın əsas məqsədi dünyadakı dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təşviqinə nail olmaqdan ibarətdir. Vurğulayıb ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Madriddə “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfransın keçirilməsinə göstərdiyi dəstəyə görə İspaniya hökumətinə minnətdarlığını ifadə edib.

Ölkəmizdəki tolerant və multikultural mühit barədə məlumat verən A.Paşazadə qeyd edib ki, Azərbaycan dindarları dünyanın heç bir yerində baş verən faciələrə, soyqırımlarına biganə qalmır, öz etirazlarını bildirirlər.

Tədbir digər çıxışlarla davam edib.

Bookmark and Share