www.applmath.az

Home az | ru | en

Akademik Məhəmməd Mehdiyevin monoqrafiyası “Springer” nəşriyyatında çapdan çıxıb

19/01/2019

Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik Məhəmməd Mehdiyevin "Elastiklik nəzəriyyəsinin bəzi fəza məsələlərinin asimptotik analizi" (Asymptotic Analysis of Spatial Problems in Elasticity) adlı kitabı ingilis dilində ABŞ-ın İsveçrədəki məşhur  “Springer” nəşriyyatında çapdan çıxıb. Monoqrafiyanın əsasını müəllif və onun tələbələrinin Baklı Dövlət Universiteti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda aldıqları nəticələrin bir hissəsi təşkil edir. Kitabda boş silindr üçün anizotrop elastiklik nəzəriyyəsinin statik və dinamik məsələlərinin bircins həlləri verilib. Bundan başqa üçölçülü elastiklik nəzəriyyəsi əsasında boş silindrin məxsusi rəqslərinin tezliyinin tapılması üçün asimptotik proses qurulub, bəzi tətbiqi nəzəriyyələrin keyfiyyətli tədqiqi aparılmış və bu nəzəriyyələrin tətbiq olunma sərhədləri müəyyən olunub.

Monoqrafiya elastiklik nəzəriyyəsi, lövhə və örtüklər nəzəriyyəsi sahəsində, həmçinin tətbiqi riyaziyyat sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

Bookmark and Share