www.applmath.az

Home az | ru | en

AMEA-nın həqiqi üzvü, professor Məmmədov Yusif Əbülfət oğlunun 24 yanvar 2025-ci il tarixində 75 yaşı tamam olur.

23/01/2024
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi fizika tənlikləri kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü, professor Məmmədov Yusif  Əbülfət oğlunun 24 yanvar 2025-ci il tarixində 75 yaşı tamam olur.
Professor Məmmədov Yusif  Əbülfət oğlu 1993-cü ildə Riyazi fizika tənlikləri kafedrasının müdiri seçilmişdir. 2000-ci ildə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı vəzifəsinə seçilmiş, 2004-cü ilin iyul ayına qədər bu vəzifədə çalışmışdır. 2004-cü ilin iyul ayında BDU-nun  I prorektoru-elmi işlər üzrə prorektoru, 21 aprel 2006-cı ildə isə  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur. 2016-cı ilin may ayından Azərbaycan Respublikası Təhsil Nazirinin  müşaviri və ictimai əsaslarla Riyazi fizika tənlikləri kafedrasının müdiri  vəzifələrində çalışmışdır.  2017-ci ilin iyun  ayından hal - hazıra kimi Bakı Dövlət Universitetinin Riyazi fizika tənlikləri kafedrasının müdiri vəzifəsində çalışır.
2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Ulu Öndər Heydər Əliyevin fərmanı ilə  “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdir. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə isə həqiqi  üzvü seçilmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə  “Şöhrət Ordeni”,  2019-cu  ildə isə 2-ci dərəcəli “Əmək ordeni”, 2024-ci ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.
​Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi 75 illik yubileyi münasibətilə akademik Məmmədov Yusif  Əbülfət oğlunu səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edir.
Bookmark and Share