www.applmath.az

Home az | ru | en

Azercell-in sponsorluğu ilə UFAZ tərəfindən keçirilən Hackathon

13/03/2023

4-5 mart tarixində Azercell-in sponsorluğu ilə UFAZ tərəfindən keçirilən Hackathon-da 100-dən çox komanda içərisindən seçilən 30 komanda arasında BDU-in Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələrindən ibarət 2 komandası da yer almışdır. Komandalar verilmiş mövzuya uyğun öz innovativ layihələrini proqramlaşdırmışlar. Tələbələr 14 martda layihələrin biznes təqdimatını ediblər. Texniki və biznes tərəflərinin ümumi balalarına əsasən BDU-in Pegasus komandası TOP-5 layihə statusuna layiq görülmüşdür. İsmayıl Zeynalov , Zaminəli Rüstəmov və Zəfər Əliyevin iştirak etdiyi Pegasus komandası 4-cü yerdə qərarlaşıb.

Bookmark and Share