www.applmath.az

Home az | ru | en

Azərbaycan dünəndən bu günə”

11/02/2016

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi “Azərbaycan dünəndən bu günə” adlı layihə başa çatıb. Layihə üzrə tədbirlər Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatı dəstəyi ilə təşkil olunub. Tədbirin keçirilməsində məqsəd Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurları müqayisəli şəkildə təhlil etməkdir. Layihədə iştirak edən tələbə gənclər müxtəlif formatda təhlil işini apararaq Azərbaycanın mədəniyyət, iqtisadiyyat, turizm və ictimai həyatın müxtəlif sahələrində əldə edilmiş uğurları əks etdirən fotomateriallar, statistik məlumatlar və müxtəlif təhlil məqalələri təqdim ediblər.

Tədbir iştirakçılarına təqdim edilmiş bukletdə layihə haqqında məlumatlar öz əks tapıb.

Qeyd edək ki, layihənin rəhbəri BDU-nun Tələbə Gənclər Təşkilatının sədr müavini Sərxan Məmmədovdur.

Bookmark and Share