www.applmath.az

Home az | ru | en

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi Konfrans

15/04/2021

Bakı Dövlət Universitetinində 14 may 2021-ci il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların, o cümlədən magistrant və doktorantların “Tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda Respublika Microsoft Teams platforması üzərindən virtual Elmi Konfransı keçiriləcəkdir.

Konfransda iştirak etmək istəyənlər tədqiqat işlərini 30 aprel 2021-ci il saat 17:00-dək tezis şəklində (3 səhifədən çox olmamaqla) [email protected] ünvanına göndərə bilərlər.
Konfrans  materiallarının hazırlanma qaydaları:
Materialın həcmi – A4 formatlı 3 səh.-dən çox olmamaqla (sağdan, yuxarıdan və aşağıdan  2 sm, soldan-3 sm olmaqla)
Məruzənin adı - şrift ölçüsü 14, çap hərfləri ilə, mərkəzdə, interval 1,0, tünd qara.
Müəlliflər - şrif tölçüsü 14, interval 1,0. Müəlliflərin adı, atasının adı (inisialları) soyadı, tünd qara.
Təşkilatın adı - şrift ölçüsü 12, kursivlə, interval 1,0.
Elektron poçt ünvanı -  Şrift ölçüsü 12, kursivlə, interval 1,0.
Məruzənin mətni - şrift Times New Roman (azərbaycan, rus və ya inglis dillində olmaqla), şrift ölçüsü 14, interval 1,0. Formullar Equation Editor (Math Type) vasitəsilə yığılır, şrift ölçüsü 14.
Ədəbiyyat siyahısı - nömrələnir, şrift ölçüsü 14, məruzənin mətnində ədəbiyyat istinadları kvadrat mötərizələrdə verilir. Ədəbiyyat siyahısında müəlliflərin inisialları soyadıdan qabaq, probelsiz yazılır.
Xülasə - məqalənin özdilində, şrift ölçüsü 12, kursivlə, interval 1,0.

Açar sözlər - 5-6 söz, şrift ölçüsü 12, kursivlə, interval 1,0.

NÜMUNƏ FAYL

Bookmark and Share