www.applmath.az

Home az | ru | en

Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

28/10/2015

Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclası açan rektor, akademik Abel Məhərrəmov Elmu Şuranın gündəliyini elan edərək məruzə üçün sözü Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyevaya verib. Professor İradə Əliyeva 2014/2015-ci tədris ilində yay məktəbinin, istehsalat və çöl təcrübələrinin  yekunlarından, keyfiyyətin yüksəldilməsi və idarəetmənin optillaşdırlıması məqsədi ilə yeni tədris ilində həyata keçirilən tədbirlərdən danışıb.

Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə isə Bakı Dövlət Universitetinin akkreditasiyası ilə əlaqədar özünütəhlil hesabatı barədə danışıb.

Daha sonra elmi adların verilməsi məsələsinə baxılıb və “Gənc İstedadlar” liseyinin qızıl medala layiq görülmüş məzunları təbrik edilib.

Bookmark and Share