www.applmath.az

Home az | ru | en

Bakı Dövlət Universitetinin elan etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “ULU ÖNDƏR XATİRƏLƏRDƏ” adlı onlayn müsabiqə başa çatıb

10/05/2020

BAKI DÖVLƏT UNİVERSİTETİNİN

elan etdiyi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının

97-ci ildönümünə həsr olunmuş

“ULU ÖNDƏR XATİRƏLƏRDƏ”

adlı onlayn müsabiqə başa çatıb

Bakı Dövlət Universitetinin (BDU) 16 aprel 2020-ci il tarixində elan etdiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ulu öndər xatirələrdə” adlı onlayn müsabiqə başa çatıb. Müsabiqədə Bakı Dövlət Universitetinin 30-dan çox əməkdaşı iştirak edib. Təqdim olunmuş xatirə Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.

Müsabiqə komissiyasının qərarı ilə:

Birinci yerə - Tarix fakültəsinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın “Heydər Əliyev irsi və elmin, təhsilin inkişafi”;

İkinci yerə - Sosial elmlər və psixologiya fakültəsinin  Pedaqogika kafedrasının professoru, pedaqoji elmlər doktoru Nübar Muxtarovanın “Mənim həyatımda şərəfli yer tutan - Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyev”;

Üçüncü yerə - Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Aynur Nəsirovanın “Yada düşər xatirələr...” məqaləsi layiq görülüb.

Qalib gəlmiş müəlliflər diplomla təltif ediləcək, məqalələri BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır.

Qalibləri təbrik edirik!

Baki Dövlət Universitetinin elan etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “ULU ÖNDƏR XATİRƏLƏRDƏ” adlı onlayn müsabiqə başa çatıb

Bookmark and Share