www.applmath.az

Home az | ru | en

Bakı Dövlət Universitetinin tələbə, magistrant və doktorantlarından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət

29/01/2016

Bakı Dövlət Universitetinin tələbə, magistrant və doktorantlarından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

m ü r a c i ə t

Hörmətli cənab Prezident!

Müstəqilliyimizin son illərində Azərbaycanda iqtisadi və sosial vəziyyətin durmadan daha da inkişaf etməsi bütün dünyanın diqqətindədir. Respublikamızda həyata keçrilən genişmiqyaslı tədbirlər, cəmiyyətin bütün təbəqələrinə göstərilən qayğı və apardığınız xarici siyasət bunun bariz nümunəsidir. Azərbaycanın müstəqilliyini yenidən əldə edərək daha da möhkəmləndirməsi və bugünkü Azərbaycan dövlətinin tərəqqisi ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsi və xalqımız qarşısında tarixi xidmətidir. Şübhəsizdir ki, bu strategiya Sizin yüksək idarəçilik bacarığınız, tükənməz enerjiniz və işgüzarlığınız sayəsində daha da zənginləşərək, dövlətimizin mənafeyinin qorunması və xalqımızın firavan yaşamasını təmin edən səviyyədə uğurla həyata keçirilir.

Hörmətli Prezident!

Sizin 25 yanvar 2016-ci il tarixində doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında imzaladığınız sərəncam bir daha gənclərə verdiyiniz önəmin bariz nümunəsidir. Sizin bu tarixi qərarınız biz Bakı Dövlət Universitetinin gənclərini hədsiz dərəcədə sevindirir və gələcəkdə daha da inamla çalışmağa sövq edir. Xüsusilə də dünyada iqtisadi böhranın hökm sürdüyü dönəmdə atdığınız bu addım nəinki biz, həm də bütün ölkə gəncliyi tərəfindən alqışlanır. Sizin bu qərarınız yüzlərlə tələbənin sevincinə səbəb olmuş və onlara yeni stimul vermişdir.

Biz Bakı Dövlət Universitetinin tələbə, magistrant və doktorantları adından Sizə dərin təşəkkürümüzü bildirir, uzun ömür, can sağlığı arzulayırıq. Əminik ki, bundan sonra da Sizin rəhbərliyiniz altında Azərbaycan daha da qüdrətlənəcək, güclənəcək və dünya birliyində öz layiqli yerini tutacaqdır.

Ulu Tanrıdan Sizə müstəqil Azərbaycanımızın rəhbərliyində yeni-yeni uğurlar arzulayırıq!

Bookmark and Share